İstehsalat və texniki şöbənin müdiri
 
JOB TITLE: İstehsalat və texniki şöbənin müdiri
EMPLOYER: Atena Group CSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-27 LAST UPDATED: N/A DEADLINE: 2018-12-27

İSTEHSALAT VƏ TEXNİKİ ŞÖBƏNİN MÜDİRİ

İş barədə məlumat:

• Bütün təmir və profilaktik texniki qulluq planlamasının həyata keçirilməsini təmin etmək.
• Planlaşdırılmış və plandan kənar təmir fəaliyyətlərinin həyata keçirilməsini təmin etmək.
• Texniki nasazlıqların səbəblərini analiz edərək uzunmüddətli həll yollarını təmin etmək.
• Texniki qulluq və istehsalat təlimatlarının yenilənməsini və həmin təlimatlara uyğun fəaliyyət göstərilməsini təmin etmək.
• İstehsal proseslərinin vaxt analizini etmək və proseslərin inkişafını təmin etmək
• İstehsal planlarına əsasən iş qrafikini müəyyən etmək və qrafikə uyğun icrasını təmin etmək.
• Müvafiq müddət aralığına aid (həftəlik, aylıq və s.) planlaşdırılmış və reallaşdırılmış istehsal hesabtalarını hazırlamaq.
• Stok ehtiyatını nəzarətdə saxlamaq (aidiyyatı şöbələrlə birlikdə).
• İllik büdcələrin hazırlanmasında iştirak etmək.
• İstehsal prosesi və istehsal planlaşdırılmasında ortaya çıxan plandan yayınmalar və gecikmələri izləmək, aradan qaldırılması üçün tədbir görülməsini təmin etmək.
• Tabeçiliyində olan istehsal, qablaşdırma, proseslərin avtomatlaşdırılması, texniki qulluq, mexaniki və elektrik bölmələrinin fəaliyyətini tənzimləmək və aidiyyatı üzrə tapşırıqlar vermək.

Tələblər:

• Ali təhsil (texniki sahələr üzrə təhsil arzuolunandır)
• 30-40 yaş
• 10 il iş təcrübəsi (İstehsal / texniki)
• İngilis dili biliyi
• Rus dili biliyi (arzuolunandır)
• Texniki-mühəndis sənədlərlə (çizgilər, texniki şərtlər, xüsusiyyətlər və s.) tanışlıq.
• Microsoft Office

Şəxsi keyfiyyətlər:

• Yüksək ünsiyyət qabiliyyəti
• Analitik düşünmə qabiliyyəti
• Liderlik və komandada işləmək bacarığı

Vakansiya ilə maraqlanan şəxslər CV-sini mövzu yerinə "İstehsalat və Texniki şöbənin müdiri" yazmaqla cv@atena.az ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP