Texnoloq-Qida mühəndisi
 
JOB TITLE: Texnoloq-Qida mühəndisi
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-28 LAST UPDATED: N/A DEADLINE: 2018-12-28

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Texnoloq-Qida mühəndisi

İş yeri: Azərbaycan, Bakı şəh., Nizami ray., Keşlə qəs., 2-ci Eninə 2, AZ1031
İş təcrübəsi: 5 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil
Yaş həddi: 25-35 yaş

İşin Təsviri: İstehsal edilən məhsula müvafiq olaraq texnoloji proseslərə, parametrlərə və məhsulun tərkibinə nəzarətin həyata keçirilməsi.

Vəzifə öhdəlikləri:

- Texnoloji avadanlığın istismar edilməsi şərtlərinə nəzarət etmək;
- İstehsalatda hazırlanan məmulatların qida standartlarına və reseptlərə uyğun hazırlanmasına nəzarət etmək;
- Gigiyena qaydalarına əməl etmək, qida analizlərinin mütəmadi aparılmasını təşkil etmək;
- Yeni növ məhsulların yaradılmasında və istehsala tətbiqində iştirak etmək;
- İstehsalata gələn xammaldan hazırlanmış məhsullardan nümunə götürərək analizlər aparmaq;
- İstehsal zamanı ortaya çıxan problemləri həll etmək, fəaliyyətlərin fasiləsiz davam etməsini təmin etmək;
- Qida məhsullarının saxlanıldığı anbarın və istehsalatın təşkil edildiyi xammalın təmiz saxlanılmasına nəzarət etmək;
- Məhsul hazırlanmadan öncə və sonra keyfiyyət göstəricilərinin standartlara uyğunluğunu yoxlamaq;
- Alınan nəticələri sənədləşdirib tərtib etmək;
- Sahələr üzrə "Texnoloji prosesə nəzarət kartları"nın aparılmasını və məlumatların aidiyyatı struktur bölmələrinə çatdırılmasını təmin etmək;
- İş prosesi zamanı yarana biləcək problemləri tez bir zamanda aradan qaldırmaq.

Tələblər:

- Kişi namizədlər arzuolunandır;
- Qida təhlükəsizliyi və keyfiyyət sistemlərindən (ISO 9001/22000) məlumatlı olmaq.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: Növbəli iş qrafiki

Müraciət qaydaları: cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Texnoloq-Qida mühəndisi” yazmaqla müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP