İxrac şöbəsi mütəxəssisi
 
JOB TITLE: İxrac şöbəsi mütəxəssisi
EMPLOYER: Az-Granata MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-29 LAST UPDATED: N/A DEADLINE: 2018-12-29

Şirkətin adı: Az-Granata MMC

2011-ci ildə inşa olunmuş 12,5 hektar sahəni əhatə edən zavod, Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir. Az-Granata meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edir.

Zavod meyvə qəbulu və emalı, konsentrat hazırlanması, aseptik çənlər, şüşə və "tetra pak" qablarının dolumu və qablaşdırılması bölümlərindən ibarətdir. Zavod saatda 12 ton meyvə şirəsi istehsal etmək gücünə malikdir. Meyvə qəbulu xətti nar, üzüm, alma, armud və heyva qəbul edə bilir. Meyvə qəbulu sexində meyvənin qəbulu, təmizlənməsi, çeşidlənməsi, yüksək temperaturda sterilizasiya, aseptik çəndə saxlanılması  mərhələləri həyata keçirilir.

İşin adı: İxrac şöbəsi mütəxəssisi

İş yeri: Bakı şəh. Nərimanov rayonu, Əhməd Rəcəbli 19A
Əmək haqqı: 700-800 AZN
İş qrafiki : 5 günlükdür

İş barədə məlumat:

• İxracla bağlı tələb olunan sənədlərin hazırlanması və müvafiq sertifikatların dövlət qurumlarından alınması.
• Mövcud müştərilərlə mütəmadi əlaqələrin saxlanılması və  görüşlərin keçirilməsi.
• Yeni müştərilərlə əlaqələrin yaradılması, görüşlərin keçirilməsi  və ixrac olunan məhsulların təqdimatı.
• Məhsul ixrac edildikdən sonra müştərilərə həmçinin aidiyyəti department/şöbələrə və banklara məlumat və hesabatların verilməsi.
• Müştərilərdən qəbul edilən sifarişlərin istehsalat sektoru ilə koordinasiyasını təmin etmək.
• ixrac ediləcək məhsul çeşidlərinin daşınması ilə bağlı qəbul edilmiş müəyyən standartlara  uyğun olaraq sifarişlərin dəqiqləşdirilməsi.
• İxrac sərgi və missiyalarında iştirak etmək.
• Agent müqavilələrinin və tələbnamələrinin hazırlanması ,komissiyaların ödənilməsi işini koordinasiya etmək.

Namizədə tələblər:

• Müvafiq və ya oxşar sahə üzrə ali təhsil
• İxrac sahəsində minimum 1 il iş təcrübəsi
• Ofis proqamları: MS office (word,excel); Photoshop
• Rus və İngilis dili bilikləri
• Çeviklik, punktuallıq, məsuliyyətlilik, təşəbbüskar olmaq, stresli mühitdə işləmə bacarığı, danışıq və ünsiyyət qabliyyəti
• Ezamiyyətə gedə bilmə imkanı

Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını   hr@moderngroup.az e-mail ünvanına 14.12.2018 ci il tarixinə qədər mövzu yerində “İxrac şöbəsi mütəxəssisi” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP