Korporativ satışlar üzrə baş mütəxəssis
 
JOB TITLE: Korporativ satışlar üzrə baş mütəxəssis
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-29 LAST UPDATED: N/A DEADLINE: 2018-12-29

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vəzifə: Korporativ satışlar üzrə baş mütəxəssis

Vəzifə öhdəlikləri:

• Yeni korporativ müştəriləri cəlb etmək,  müştəri bazasını genişləndirmək;
• Müştəri bazasının genişləndirilməsi məqsədi ilə bazarın müntəzəm təhlilini aparmaq;
• İnternet və digər kanallar üzərindən potensial müştəri və tender axtarışını həyata keçirmək;
• Müştərilərlə zəng və ya e-mail vasitəsi ilə ilkin əlaqəni qurmaq və görüşləri təyin etmək;
• Danışıqlar aparmaq, təqdimatları keçirmək və təklifləri vermək;
• Şirkətin strategiyasına uyğun olaraq məlumat bazalarını təmin etmək və yeniləmək;
• Korporativ müştərilərlə iş səviyyəsini inkişaf etdirmək;
• Görülən işlər barədə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.

Tələblər:

• Korporativ satış sahəsində təcrübə - 3 ildən çox
• Azərbaycan və rus dillərini mükəmməl bilməli
• Ali təhsil
• Elektronika satışı sahəsində təcrübə arzu olunandır

Şəxsi keyfiyyətlər:

• İnsanlarlarla ünsiyyət və münasibət qurmaq bacarığı
• Liderlik keyfiyyətlərinə malik olmalı
• Məsuliyyətli və inkişafa meyilli olmalı
• Stresə davamlı olmalı

İş barədə məlumat

- Əmək məcəlləsinə uyğun sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Korporativ satışlar üzrə baş mütəxəssis” qeyd edərək hr@kontakt.az elektron ünvanına göndərmək xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP