Auditor
 
JOB TITLE: Auditor
EMPLOYER: İNTEX Audit & Consulting DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-12-03 LAST UPDATED: N/A DEADLINE: 2019-01-02

Firma adı - "İNTEX Audit & Consulting" MMC

Vakansiya - Auditor

Tələblər:

 Mühasibatlıq / Maliyyə / İqtisadiyyat sahəsində universitet təhsili olmalı;
 Excel proqramını yüksək səviyyədə bilməli;
 Minimum 3 il baş mühasiblik və audit təcrübəsi olmalı;
 Vergi və əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri yaxşı səviyyədə bilməli;
 Maliyyə balanslarının hazırlanmasında müvafiq təcrübəsi olmalı;
 Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi bilməli;
 İlkin sənədləşmələri, əmək haqqı hesablanmasını, dövriyyə cədvəlləri və balans hazırlamağı və onu oxumağı bilməli;
 1C 7.7-8.2 və ya Günəş mühasibat proqramlarında, Office proqramları və elektron hesabat proqramlarında (BTP, EVHF, EQF, B1, statistika) yüksək səviyyədə işləmə bacarığı olmalı;
 Rus və ingilis dillərini yüksək səviyyədə bilməli;
 Beynəlxalq mühasibat uçotu və maliyyə hesabatları, Beynəlxalq Audit Standartları üzrə iş təcrübəsi əlavə dəyərləndiriləcək.
 ACCA / CPA sertifikatları olanlara üstünlük veriləcək.
 Fikrini izah etmək qabiliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;

Vəzifələr:

• Mühasibat uçotunu Uçot Siyasəti və Vergi Qanunvericiliyinə əsasən aparmaq;
• Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
• Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
• Vergi ödənişlərinə nəzarət etmək
• Vergi bəyannamələrini yığmaq
• Daxili nəzarət (audit)
• Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək
• Müvafiq dövlət orqanları ilə danışıqlar aparmaq
• Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 6 günlük iş rejimi (I - V günlər 09:00 - 18:00, VI gün 09:00 - 13:00);
- Əmək haqqı, hazırki vakansiyaya namizəd şəxsin bilik və bacarıq səviyyəsinə əsasən təyin edilir (bilik və bacarıq səviyyəsi yuxarıda qeyd olunmuş siyahıya əsasən müəyyənləşdirilir)

Uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə şəkilli CV formasını vacancy@intexaudit.az email adresinə göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP