Təchizat sektorunun müdiri
 
JOB TITLE: Təchizat sektorunun müdiri
EMPLOYER: AzerGold CJSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-12-03 LAST UPDATED: N/A DEADLINE: 2019-01-02

Şirkət haqqında:

AzerGoldQSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiyanın adı: Təchizat sektorunun müdiri

Əsas vəzifə və öhdəliklər:

• Cəmiyyətin bütün satınalma işləri və təchizat üzrə sifarişlərin təmin edilməsinə rəhbərlik etmək;
• Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tender, kotirovka, təklif sorğularının keçirilməsini təşkil etmək;
• Fəaliyyət istiqamətləri üzrə Cəmiyyətin rəhbərliyinin keçirdiyi iclasların, görüşlərin və digər bu kimi tədbirlərin təşkili və texniki təminatı ilə bağlı tədbirlər görmək;
• Gələn alınan məhsulların, müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsini təmin etmək;
• Cəmiyyətin davamlı fəaliyyətinin təmin edilməsi üçün tədarükçü ehtiyatını daim nəzarətdə saxlanılmasına nəzarət etmək;
• İstehsalat üçün xammal və avadanlıqların alınması;
• Yeni təchizatçıların axtarışı, təchizatçılarla (yerli və xarici) müqavilələrin bağlanması, müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
• Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlər paketinin təqdim olunması)
• Gömrük rüsumlarının ödənilməsinə, gömrüyə ödəniş üçün sənədlərin təqdim edilməsinə və malların anbara vaxtlı-vaxtında çatdırılmasına nəzarət edilməsi; 
• Tədarükçülərin axtarışının həyata keçirilməsi və tədarükçülərlə müqavilələrin bağlanma və onlara əməl edilməsinə nəzarət etmək və s.;
•  Qiymət araşdırılmasının aparılması;
• Sektorun iş planı, fəaliyyəti ilə bağlı hesabatları hazırlamaq.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
• Dil və komputer bilikləri: Azərbaycan, İngilis və Rus dilləri (səlis), Microsoft Office və digər proqramlar

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil;
• Minimum 5 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Təchizat sektorunun müdiri" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)  cv@azergold.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP