Audit şöbəsinin rəhbəri
 
JOB TITLE: Audit şöbəsinin rəhbəri
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-12-03 LAST UPDATED: N/A DEADLINE: 2019-01-02

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Audit şöbəsinin rəhbəri

Vəzifə öhdəlikləri:

• Risklərin qiymətləndirilməsi əsasında DAX planının hazırlanması
• Maliyyə hesabatlarının dəqiqliyini, etibarlılığını, mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqini nəzarətdə saxlamaq
• İT Auditin təşkili
• Daxili nəzarət sistemlərinin effektivliyi və uyğunluğunun yoxlamaq və qiymətləndirmək
• Daxili audit xidmətinin fəaliyyətini beynəlxalq daxili audit standartlarına uyğun yerinə yetirilməsini təmin etmək

Tələblər:

• Ali təhsil (Hüquq və ya İqtisadi təhsil arzu olunandır)
• Audit və ya maliyyə sahəsində iş təcrübəsi – 3 ildən artıq
• MS Office, xüsusilə Excel proqramını yüksək səviyyədə bilməlidir
• “Big Four” audit şirkətlərində iş təcrübəsi arzu olunandır
• CİA sertifikatı olanlara üstünlük veriləcək

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Audit şöbəsinin rəhbəri” qeyd edərək CV formasını hr@kontakt.az elektron ünvanına göndərmək xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP