İnformasiya Sistemlərinin idarə edilməsi üzrə assistent
 
JOB TITLE: İnformasiya Sistemlərinin idarə edilməsi üzrə assistent
EMPLOYER: PAŞA Sığorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-12-04 LAST UPDATED: N/A DEADLINE: 2019-01-03

PAŞA SığortaASC namizədləri İnformasiya Sistemlərinin idarə edilməsi üzrə assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Mövcud olan informasiya sistemlərinin dəstəklənməsi, sazlanması və modullarının tətbiqində iştirak;
• İnformasiya sistemlərinə aid olan istifadəçi sorğularının və ehtiyaclarının qəbul edilməsi, sistemdə olan səlahiyyət çərçivəsində, sistem istifadəçilərinin sorğularının həll edilməsi, lazım olan hallarda istifadəçi sorğularının birbaşa rəhbərə yönəldirilməsi;
• İnformasiya sistemlərinin icrası və tətbiqi üçün şirkətin əməkdaşları və eləcə də PAŞA Sığortanın sistemlərindən istifadə edən kənar istifadəçilər üçün təlimlərin keçirilməsi;
• İstifadəçilərin sistemə giriş və hüquqlarının idarə edilməsi;
• Mövcud olan informasiya sistemlərinin təlimatlarının, istifadə və istismar haqqında metodik və normativ materiallarının hazırlanması və texniki dəstəyin təmin edilməsi;
• Sığorta agentləri tərəfindən daxil olan sorğuların yerinə yetirilməsi;

Bilik və bacarıqlar:

• Ali texniki təhsil;
• T-SQL sorğu dili;
• SSRS ilə iş təcrübəsi
• Dil bilikləri Azərbaycan, Rus və ya İngilis dili bilikləri.
• Təşəbbüskar;
• Ünsiyyət qurma bacarığı;
• Dəqiq;
• Vəziyyətə operativ reaksiya vermək;
• Problemli halları həll etmək qabiliyyəti;
• Komandada işləmək bacarığı

Təcrübə:

• 0-1 il bu sahədə iş təcrübəsi.

Son müraciət tarixi: 25 dekabr, 2018-ci il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP