
Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. 2005-ci ildən, bazar tələbatını nəzərə alaraq, yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. Şirkət artıq 21-ci yaşını qeyd etmişdir və 750 nəfərlik əməksevər kollektivi ilə perspektivdə olan parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.
Hüquqşünas
İşin təsviri:
• Məhkəmə mubahisələrinin hüquqi nöqtəyi nəzərindən həll edilməsi üçün tədbirlərin görülməsi (iddia ərizələrin, apellyasiya və kassasiya şikayətlərin hazırlanması və s.) • Hüquqi xarakterli daxili sənədlərin işlənib hazırlanması; • Mülki müqavilələrin, layihələrinin hazırlanması; • Müqavilə layihələri üzrə ixtilafları həll etmək üçün tədbirlərin görülməsi; notariat təsdiqin və ya ayrı növ müqavilələrin dövlət qeydiyyatı ilə təmin edilməsi • Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə, hüquqi sənədlərin tərtib edilməsində hüquqi köməyin göstərilməsi; • Şirkətin fəaliyyətinin həyata keçirilməsi məqsədilə lisenziya, icazənin alınması üçün ərizə, tələbnamə və digər sənədlərin hazırlanması; • Tam məxfiliyə riayət edilməsi.
Namizədlərə tələblər:
• Ali hüquqi təhsil (kommersiya yönüllü arzuolunandır); • İxtisas üzrə 1 il iş təcrübəsi; • Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək; • Hüququ sənədləşməni tərtib etmə bacarıqları; • Kompüter bacarıqları (xüsusilə MS Word, Excel, Internet); • Dürüst, stressədavamlı, məsuliyyətli
Əlavə şərtlər
• Ə/haqqı: danışıq əsasında • İş vaxtı: 5 gün, 09:00-18:00
Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=106 04.01.2019 – ci il tarixinə kimi müraciət edə bilərlər.
|