Hüquqşünas
 
JOB TITLE: Hüquqşünas
EMPLOYER: Metak DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-12-04 LAST UPDATED: N/A DEADLINE: 2019-01-03

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. 2005-ci ildən, bazar tələbatını nəzərə alaraq, yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. Şirkət artıq 21-ci yaşını qeyd etmişdir və 750 nəfərlik əməksevər kollektivi ilə perspektivdə olan parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

Hüquqşünas

İşin təsviri:

• Məhkəmə mubahisələrinin hüquqi nöqtəyi nəzərindən həll edilməsi üçün tədbirlərin görülməsi (iddia ərizələrin, apellyasiya və kassasiya şikayətlərin hazırlanması və s.)
• Hüquqi xarakterli daxili sənədlərin işlənib hazırlanması;
• Mülki müqavilələrin, layihələrinin hazırlanması;
• Müqavilə layihələri üzrə ixtilafları həll etmək üçün tədbirlərin görülməsi; notariat təsdiqin və ya ayrı növ müqavilələrin dövlət qeydiyyatı ilə təmin edilməsi
• Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə, hüquqi sənədlərin tərtib edilməsində hüquqi köməyin göstərilməsi;
• Şirkətin fəaliyyətinin həyata keçirilməsi məqsədilə lisenziya, icazənin alınması üçün ərizə, tələbnamə və digər sənədlərin hazırlanması;
• Tam məxfiliyə riayət edilməsi.

Namizədlərə tələblər:         

• Ali hüquqi təhsil (kommersiya yönüllü arzuolunandır);
• İxtisas üzrə 1 il iş təcrübəsi;
• Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;
• Hüququ sənədləşməni tərtib etmə bacarıqları;
• Kompüter bacarıqları (xüsusilə MS Word, Excel, Internet);
• Dürüst, stressədavamlı, məsuliyyətli

Əlavə şərtlər

• Ə/haqqı: danışıq əsasında
• İş vaxtı: 5 gün, 09:00-18:00

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=106  04.01.2019 – ci il tarixinə kimi müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP