Kargüzarlıq şöbəsinin mütəxəssisi
 
JOB TITLE: Kargüzarlıq şöbəsinin mütəxəssisi
EMPLOYER: Ateshgah Sigorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-12-05 LAST UPDATED: 2018-12-07 DEADLINE: 2019-01-04

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!

İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik! 

Kargüzarlıq şöbəsinin mütəxəssisi

Namizədə tələblər

• Yaş: 21-30
• Xanım namizədlər
• Təhsil: Ali təhsil
• İş təcrübəsi : azı 1 il
• Dil bilikləri: Azərbaycan dili (əla),Rus dili (əla-mütləq ),İngilis dili (arzuolunadır)

Əsas vəzifə öhdəlikləri

• Şirkətə daxil olan sənədlərin qeydiyyatını aparır, rəhbərliyə dərkənar üçün təqdim edir, aidiyyəti şəxslərə paylaşdırır
• Xaric olan məktubları müvafiq qaydada işləyib, qeydiyyata alır, göndərilməsini təşkil edir
• Şirkətin daxili normativ sənədlərinin və müqavilələrin razılaşdırılmasını həyata keçirir
• Etibarnamələrin qeydiyyatını aparır
• Sənədlərin göndərilməsini təşkil edir
• Birbaşa rəhbərinin tapşırıqlarını yerinə yetirir

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Sabit əmək haqqı 400 AZN

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Kargüzarlıq şöbəsinin mütəxəssisi”qeyd etmələri xahiş olunur

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP