
Niyə məhz MİNİSO?
- Hər bir əməkdaşa gələcəyin meneceri kimi yanaşırıq! - Pozitivlik bizim ən böyük uğurumuzdur! - Kreativ ideyaları yaradırıq! - İstedadlı gənclərə yol açırıq!
Vakansiya: Kassir
Kassir - bizim şirkətdə karyerasını qurmaq istəyən gənclərimiz üçün kifayət qədər ciddi addımdır. Bizim mağazalarımızda fəaliyyət göstərən mağaza menecerlərin əksəriyyəti satış məsləhətçisi və kassir vəzifəsindən başlayaraq öz uğurlu karyeralarını MİNİSO-da qurublar. Əgər Siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.
Tələblər:
• Ali təhsil • Kassir vəzifəsində iş təcrübəsi mütləqdir. • Azərbaycan və Rus dilini səlis bilməli, ingilis dilini bilməsi arzu olunandır. • Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı. • Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli. • Microsoft Office programları üzrə biliklərə malik olmalı. • İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.
Əmək haqqı – 450 AZN
Əsas vəzifələr:
• Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini qəbul edir • Ödənilən vəsaitləri yoxlayır və tələb olunan qaydada əməliyyat həyata keçirir • Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib edir • Kassadan keçən bütün pul vəsaitləri, sənədləri və qiymətləri izləyir, nəzarətdə saxlayır və hesabatını aparır • Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin edir • Müştərilərin suallarını dinləyir, səlahiyyəti çərçivəsində cavablandırır və ya aidiyyatı üzrə yönəldir • Yaranan problemlərlə bağlı mağaza direktoruna müraciət edir • Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirir
Biz Sizə təklif edirik:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə; • Həftədə 6 iş günü, 1 gün istirahət; • Karyera yüksəlişi imkanı; • Ödənişsiz təlimlər;
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “kassir” qeyd edərək öz CV-lərinizi hr@miniso.co.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
|