
Vəzifənin adı: SƏTƏM və KN departamenti, Keyfiyyətə nəzarət üzrə müfəttiş
Vəzifə öhdəlikləri:
• Müəssisə tərəfindən yüksək keyfiyyətli xidmətlərin göstərilməsinin təmin edilməsi; • Keyfiyyətsiz məhsul istehsalının qarşısını almaq; • Müəssisənin istehsalla bağlı ayrı-ayrı struktur bölmələrinin məhsul istehsalı üzrə məsuliyyətinin və nizam-intizamın möhkəmlənməsi; • Normativ sənədlərin və müştərilərin tələblərinə cavab vermək üçün istehsal sahələri tərəfindən yerinə yetirilən işlərin keyfiyyətinə nəzarət üçün işin təşkili; • Keyfiyyətin artırılması,bu işin elm və texnikanın müasir inkişaf səviyyəsinə, daxili və xarici bazarın tələbatına uyğun olmasının təmin edilməsi üzrə tədbirlərin həyata keçirilməsi; • Məhsulun keyfiyyətinin pisləşməsi səbəblərinin analizi və tədqiq edilməsində iştirak etmək; • Məhsulların yoxlanılması, keyfiyyət standartlarına və texniki şərtlərə uyğun olması haqqında labarator rəyi əsas tutmaqla: • müəssisəyə daxil olan xammal və mal-materialların istehsalata buraxılması (buraxılmaması) haqqında rəy vermək. • Son məhsulun istehsal sahələrindən hazır məhsul anbarlarına qəbul olunması haqqında rəy vermək. • Müəssisəyə daxil olan xammal və materialların, eləcə də istehsal olunan məhsulların keyfiyyəti üzrə təhvil alma nəzarət aktların laboratoriya ilə birlikdə tərtib edilməsi; • İstehsal prosesinin bütün mərhələlərində əməliyyat nəzarətinin keçirilməsi; • Ayrı-ayrı texnoloji əməliyyatların, texnoloji avadanlıqlarının və alətinin keyfiyyəti üzrə nümunəli təftiş nəzarətin həyata keçirilməsi; • Nomenklaturanın ölçülən parametrlərin və optimal sərrastlıq ölçülər normasının müəyyənləşdirilməsi; • Son məhsulun saxlanma şəraitinin keyfiyyətinə, son məhsulla bağlı proseslərin komplektliyinə nəzarət; • Nəzarət əməliyyatların nəticələrinin təhlili, məhsulun keyfiyyət əmsalların hesablanmasının aparılması, məhsulun keyfiyyəti üzrə dövrü və vaxtaşırı hesabatların tərtibi; • Yeni normativ və standartların tətbiqi ilə bağlı vaxtı-vaxtında zəruri olan tədbirlərin həyata keçirilməsi; • Yerinə yetirilən işlərin və istehsal olunan məhsulların keyfiyyətin yaxşılaşdırılması üçün tədbirlər planının hazırlanmasında iştirak etmək; • Müntəzəm şəkildə gündəlik olaraq iş yerlərində texnoloji intizama (texnoloji proseslərin düzgün yerinə yetirilməsinə) riayət edilməsini nəzarət altında saxlamaq; • Laboratoriya ilə birlikdə texnoloji reqlamentlərin və təlimatların yerinə yetirilməsini nəzarət altında saxlamaq; • Uyğunsuzluğun təhlilində iştirak etmək; • Müştəri şikayətlərinin aidiyyatı üzrə araşdırılmasında iştirak etmək.
Təhsil/Təcrübə:
• Texniki ali təhsil; • Analoji sahədə ən azı 3 il iş təcrübəsi; • Azərbaycan, Rus və İngilis dillərində sərbəst istifadəçi səviyyəsində bilməli; • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli; • Ölçülər və ölçmə metodları haqda əsas bilikləri olmalı; • Ölçmə vasitələri haqda əsas bilikləri olmalıdır; • Materialların elektrik xassələri haqda ümümi anlayışı olmalı; • Standartlara(Gost, EN, İSO, BS və s.) işləməyi bacarmalı; • İnteqrə edilmiş menecment sistemi ( İSO 9001) üzrə ümumi bilikləri olmalı.
Əlavə məlumatlar:
• Əmək haqqı razılaşma əsasında; • Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə; • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir. • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə müfəttiş” yazaraq cv@stp.az ünvanına göndərmələri xahiş olunur. • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
|