
Departament: Risklərin İdarə Edilməsi Şöbə: Əməliyyat, İmic və Strateji Risklərin İdarə Edilməsi Vəzifə: Şöbə müdiri
Vəzifə öhdəlikləri:
• Bankın yeni risk siyasətinin və qaydalarının hazırlanması, risklərin idarəedilməsi üzrə strateji və taktiki fəaliyyət planlarının inkişaf etdirilməsi; • Bankın risklərin təhlili metodologiyasının təkmilləşdirilməsi; • Bankın fəaliyyət istiqamətləri və əməliyyat sahələrinə xarakterik olan riskləri müəyyən etmək, dəyərləndirmək və idarəedilməsi istiqamətində təkliflər vermək; • Risk Xəritəsini, o cümlədən əməliyyat risklərinin xəritəsini hazırlamaq; • Biznes prosesləri təhlil etmək və risk, fraud və spekulyativ xarakterli ehtimalları dəyərləndirmək və qarşısının alınması istiqamətində təkliflər vermək; • Bankın struktur bölmələrində əməliyyat risklərinin idarə edilməsi işinin qanunvericiliyə, habelə daxili təlimatlara, normativlərə, qaydalara və risk siyasətinə uyğun aparılmasını qiymətləndirmək; • Bankda biznes proseslərinin təşkili və yenidən təşkili, eyni zamanda yeni məhsul və xidmətlərin yaradılması prosesində iştirak etmək və təkliflər vermək.
Namizədə qarşı tələblər:
• Ali iqtisadi təhsil • Bankın risklərin idarə edilməsi, audit, maliyyə və ya əməliyyat bölmələrində 4 il və daha çox iş təcrübəsi • Analitik düşüncə və müxtəlif hesabatları təhlil etmə bacarığı • Rus və İngilis dillərində danışma və oxuma bacarığı • MS Office proqramlarından istifadə bacarığı
Tərcümeyi-halınızı (CV) xaxundov@turanbank.az email ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə müvafiq vakansiyanın adını qeyd etməyi unutmayın.
|