
Avtomobil üzrə müştəri xidmətləri meneceri
Əmək haqqı – 550 AZN
Tələblər:
• Ali təhsil; • Qeyd olunan vəzifədə iş təcrübəsi (minimum 1 il) • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmağı bacarmalıdır (ingilis dilini bilməsi arzuolunandır); • MS Office proqramlarında işləmə bacarığı; • Gülərüz, ünsiyyətcil,məsuliyyətli və diqqətli olmalı; • Xoşagələn xarici görünüş; • İnkişafa meyilli olmalı; • Kollektivlə işləməyi bacarmalı; • Yalnız xanım namizədlər üçün nəzərdə tutulub.
İş haqqında:
• Müştərilərin cəld və gülərüz qarşılanması; • Müştərilərə lazım olan ilkin məlumatın verilməsi; • Müştərilərin lazımı şəxsə istiqamətləndirilməsi; • Salona gələn zənglərin cavablandırılması və yönləndirilməsi; • Şirkətə ünvanlanmış məktub və digər sənədlərin qəbul edilməsi, yaxud aidiyyatı struktur vahidlərinə verilməsinin təşkili; • Müştəri məlumatlarının mərkəzi bazaya işlənməsi; • Müştəri sorğularının aparılması.
Digər məlumatlar:
• iş saatları: 09:00-dan 18:00-dək; • 6 günlük iş qrafiki;
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə "Avtomobil üzrə müştəri xidmətləri meneceri" yazmaqla hr@nurgün.az ünvanına göndərə bilərlər.
|