Əczaçı
 
JOB TITLE: Əczaçı
EMPLOYER: AzeriMed LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-12-13 LAST UPDATED: N/A DEADLINE: 2019-01-12

VAKANSİYA - Əczaçı

AZƏRİMED" geniş profilli şəbəkə şirkəti Bakı şəhəri və bölgələrdə yerləşən Aptekləri üçün aşağıdakı tələblərə uyğun - dərman preparatları və tibbi ləvazimatların satışı prosesini həyata keçirən “Əczaçı” əməkdaşlar axtarışındadır.

Tələblər:

- Tibb təhsilinin olması(ali və ya orta təhsil);
- Müvafiq sahədə iş təcrübəsi arzuolunandır(Təcrübə üçün müraciət etmək olar);
- Yüksək səviyyədə kommunikasiya bacarığı və enerjisini müştərilərə xidmətə çevirə biləcək;
- Müştəri ehtiyacını doğru analiz edib, xidməti nəticələndirə biləcək –
namizədlər CV-lərini cv@azerimed.com e-mail ünvanına göndərərək, müsabiqədə iştirak edə bilərlər.
Qeyd: Mövzu hissəsində “Əczaçı” qeyd olunmalıdır.

İş barədə məlumat:

- Müştərilərlə işin təşkili - Məhsulun seçimində kömək göstərilməsi.
- Aptekə gələn malların yoxlanılması, dəyərləndirilməsi, tərkiblərinə uyğun tələb olunan qaydada yerləşdirilməsi,
- Dərmanların saxlanılma şəraitinə mütəmadi diqqət edilməsi;
- Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət edilməsi;
- Sifarişin dəqiq və vaxtında yerinə yetirilməsi.

İşçilər Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmi qeydiyyata alınır.
Şirkətdə karyera yüksəlişi və müxtəlif perspektivlər mövcuddur. Şirkət daxilində farmokoloji biliklərin inkişafı məqsədilə təlimlər və xidmət texnikalarının yüksəldilməsi üçün treninqlər keçiriləcək.
Tələbələrə təcrübə imkanları yaradılır.
İş qrafiki: 3 növbə(09:00-16:00; 16:00-23:00; gecə növbəsi, tam gün). Qrafikin namizədlərə uyğun fərdi tərtib edilməsi mümkündür.
İstirahət günü: 1 gün

Əmək haqqı: 250-350 AZN + bonus. İş təcrübəsi və peşəkarlıq keyfiyyətlərinə əsasən individual yanaşma mümkündür.

Ünvan: Apteklərimiz demək olar ki, ölkənin hər yerində fəaliyyət göstərir. Ünvanlar haqqında ətraflı məlumatı aptekonline.az saytından əldə edə bilərsiniz. 

Əlavə suallar üçün 0554558404; 0125667070 nömrələri ilə əlaqə saxlayın.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP