Marketinq Kommunikasiyaları üzrə Menecer
 
JOB TITLE: Marketinq Kommunikasiyaları üzrə Menecer
EMPLOYER: Modern Group of Companies LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-12-13 LAST UPDATED: N/A DEADLINE: 2019-01-12

Şirkətin adı: “Modern Group of CompaniesMMC

“Modern Group of Companies” MMC 19 fərqli sektorda fəaliyyət göstərən şirkətləri tərkibində birləşdirərək ölkə iqtisadiyyatına töhfə verməklə yanaşı mindən artıq təhsilli insana iş imkanları yaradır. Fəaliyyət göstərdiyi sektorlarda meyvə şirəsi və qazsız içki istehsalı, tibb mərkəzi, IT texnologiyaları xidməti, mebel istehsalı və s., lider olmağı hədəfləyən şirkətlər qrupu insan resurslarının idarə edilməsi, istehsalatın keyfiyyətinin artırılması, xidmət səviyyəsinin yüksəldilməsi sahələrində dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıq edir və gələcək planlarını həyata keçirmək üçün daxili işçi məmnuniyyətinə xüsusi önəm verir.

İşin adı:     Marketinq Kommunikasiyaları üzrə Menecer
İş yeri:       Bakı şəh. Nərimanov rayonu, Əhməd Rəcəbli 19A
İş təcrübəsi: minimum 3 il
Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında müəyyən olunacaq
İş qrafiki : 5 günlük (09:00 – 18:00)

Vəzifə öhdəlikləri:

• Şirkətin marketinq strategiyasına uyğun kommunikasiya planları hazırlanması və onların icrası;
• Layihələrin idarə edilməsi;
• Marketinq və bazar araşdırmalarının aparılması, strategiyaya uyğun araşdırma ehtiyaclarının düzgün müəyyən edilməsi;
• Müxtəlif kommunikasiya kanalları ilə iş əsnasında briflərin hazırlanması;
• Hesabat və təqdimatların hazırlanması, analitik təhlillər aparılması;
• Marketinq xərclərinin təhlili və onlara nəzarət olunması, hesabatlılığın təmin olunması;
• Şirkətin İctimaiyyətlə əlaqələr və reklam siyasətinin hazırlanması;
• Müxtəlif kommunikasiya kanalları üzrə büdcələrin hazırlanması;

Namizədə tələblər:

• Marketinq və ya oxşar sahədə ali təhsil;
• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
• Ünsiyyətcil, komanda ilə işləmək bacarığı;
• Yerli agentliklərlə iş təcrübəsi, bazarı çox yaxşı tanıması mühümdür;
• Müxtəlif reklam məcraları, kommunikasiya kanalları üzrə məlumatlı olmalıdır;
• Riyazi təfəkkür, analitik düşünmə qabiliyyəti;

Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını   hr@moderngroup.az e-mail ünvanına 25.12.2018 ci il tarixinə qədər mövzu yerində “Marketinq Kommunikasiyaları üzrə Menecer” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP