Biznes və liderlik təlimlərində iştirak üçün dəvət ( Mingəçevir şəhəri )
 
JOB TITLE: Biznes və liderlik təlimlərində iştirak üçün dəvət ( Mingəçevir şəhəri )
EMPLOYER: USAID Qadın İştirakçılığı Proqramı (QİP) DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-12-13 LAST UPDATED: 2018-12-13 DEADLINE: 2019-01-12

BİZNES VƏ LİDERLİK TƏLİMLƏRİNDƏ İŞTİRAK ÜÇÜN DƏVƏT

12 dekabr, 2018, Bakı şəhəri

Qısa məlumat

USAID Qadın İştirakçılığı Proqramı (QİP) ölkədə 2011-ci ildən icra edilir və əsas vəzifələri qadınlarla bağlı mühüm məsələlər üzrə ictimai məlumatlandırılmanın artırılması və qadınların qərar qəbuletmə proseslərində iştirak imkanlarının genişləndirilməsinə töhfə verməkdən ibarətdir. 

Elanın məqsədi: USAID QİP gənc xanımları, 2019-cu ilin Yanvar ayında aparılacaq 3 günlük Biznes və Liderlik təlimlərində iştirak etməyə dəvət edir. 

Proqram iştirakçıya hansı bilikləri verəcək:

Təlimdə iştirakçılar kiçik biznes təşəbbüslərinin həyata keçirilməsi, biznes planın tərtibi,marketinq strategiyasının qurulması, maliyyə hesabatlarının idarə olunması və eni zamanda liderlik və ünsiyyət bacarıqlarının artırılması yollarını mənimsəyəcəklər.

Təlim hansı dildə aparılacaq:

Azərbaycan

Kim iştirak edə bilər?

• Azərbaycan Respublikasının vətəndaşları
• Əslən Mingəçevir şəhərindən olan və yaşı 18-30 olan gənc xanımlar.

Qeyd:digər şəhərlərdən və rayonlardan olan xanımlar da müraciət edə bilər, lakin bildirmək istərdik ki, otel və yaşayış xərclərinin iştirakçılara verilməsi nəzərdə tutulmamışdır

İştirak üçün müraciət:

İştirak etmək istəyən şəxslər özləri haqqında qısa məlumatı (CV, Bios) iagasibeyli@counterpart.org elektron unvanına göndərə bilər.

Təlimlərin keçiriləcəyi ərazi: Mingəçevir şəhəri

Müraciət üçün son tarix: 26 dekabr, 2018 - ci il

Suallar

Təlimlərə dair suallar  iagasibeyli@counterpart.org elektron poçt ünvanına 24 dekabr, 2018-ci il tarixinə qədər göndərilə bilər.

İştirak haqqında təsdiq: İştirakı təsdiqlənən şəxslərlə elanın son tarixindən sonrakı 15 gün ərzində əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP