Mühasib köməkçisi
 
JOB TITLE: Mühasib köməkçisi
EMPLOYER: Hidro İnşaat Servis DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-12-13 LAST UPDATED: 2018-12-13 DEADLINE: 2019-01-12

Hidro İnşaat ServisMMC beynəlxalq və lokal sənaye layihələri üçün yüksək səviyyəli tikinti işlərini həyata keçirən şirkətdir. Şirkət yarandığı tarixdən bu yana ölkə daxilində su kanalizasiya, su anbarı, su təmizləyici qurğu və su kanalı kimi müxtəlif layihələri uğurla başa vurmuşdur.

Şirkət Mühasib Köməkçisi axtarır.

Namizədə dair tələblər:

• Ali iqtisadi təhsil;
• Ən az 1 illik iş təcrübəsi, tikinti sahəsində olanlar üstünlük verilir;

• Beynəlxalq mühasibatlıq imtahanlarından keçənlərə vəya bilikləri olanlara üstünlük verilir;
• Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı olmalı;
• MS Office proqramlarını (xüsusən Excel) yaxşı səviyyədə bilməli, ERP proqramları (xüsusən Logo Unity) bilənlərə üstünlük verilir
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
• Dəqiqlik, dürüstlük, məsuliyyətlilik, özünü inkişaf etdirmə, işin tələb olunan vaxtda yerinə yetirilməsi, stressə davamlı;

Əsas vəzifə öhdəlikləri:

• Pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Qanunvericiliyə uyğun olaraq bütün mühasibat sənədləşdirilməsini aparmaq;
• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabına düzgün əks etdirilməsi,
• Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək.

Əlaqədar vəzifə üçün nəzərdə tutulan iş qrafiki həftəlik 6 gündür. İstirahət günü bazar günüdür. Günorta yeməyi şirkət tərəfindən qarşılanır.
Maaş müsahibə qiymətləndirmə nəticələrindən asılı olaraq müəyyən ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini recruiter@hidro-insaat.com elektron ünvanına, mövzu hissəsində vəzifənin adını qeyd edərək göndərə bilərlər.
Diqqətinizə çatdırlır ki; bütün müraciətlərə ayrı ayrı, diqqətlə baxılır və bütün namizədlərə ədalətli və bərabər imkanlar verilir. Elanda göstərilən xüsusiyyətlərə ən yaxın namizədlərlə əlaqə saxlanılır. Digər namizədlərin CV- ləri isə daha uygun vakansiyalarda dəyərləndirilmək məqsədilə portala əlavə edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP