Hüquq departamentinin direktoru
 
JOB TITLE: Hüquq departamentinin direktoru
EMPLOYER: PASHA Life DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-12-14 LAST UPDATED: N/A DEADLINE: 2019-01-13

Vakansiya haqqında məlumat:

Struktur bölmə : Hüquq departamenti
Vəzifə : Direktor
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi :  02 yanvar 2019-cu il

Əsas vəzifə öhdəlikləri:

1. Cəmiyyətin fəaliyyəti zamanı meydana çıxan hüquqi məsələlər üzrə rəylər verilməsi işinin təşkili;
2. Cəmiyyətin fəaliyyəti zamanı hüquqi uyğunluq məsələlərinin tənzimlənməsi;
3. Qanunvericiliyin tətbiqi ilə bağlı Cəmiyyətin struktur bölmələrinə məsləhətlərin verilməsi işinin təşkili;
4. Cəmiyyət adından bağlanılan müqavilələr və onunla bağlı digər sənədlərə hüquqi rəy verilməsi işinin təşkili;
5. Cəmiyyətin cəlb edildiyi məhkəmə mübahisələrində mənafelərin müdafiəsinin təşkili;
6. Cəmiyyətin daxili normativ sənədlərinin hazırlanması, yenilənməsi, saxlanması, biznes proseslərə uyğunlaşdırılması işinin təşkili;
7. Qanunvericiliyində meydana çıxan ziddiyyətli məqamlarla bağlı müvafiq dövlət orqanlarına sorğular göndərilməsi işini təşkili;
8. Hüquqi məsələlərlə bağlı müvafiq təşkilatlar, qurumlar, hüquqi şəxslər və dövlət orqanları ilə əlaqələrin yaradılması və işin təkmilləşdirilməsi sahəsində işlərin görülməsi;
9. Hüquqi təminat və korporativ hüquq funksiyalarına ümumi rəhbərliyin və nəzarətin həyata keçirilməsi;
10. Departamentin əməkdaşları tərəfindən əsas vəzifə və funksiyaların vaxtında və düzgün icra edilməsinə nəzarət edilməsi.

Namizədə olan tələblər:

İş təcrübəsi : Sahə üzrə 2 ili rəhbər vəzifədə olmaqla ən azı 5 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : Ali hüquq təhsili;
Texniki bilikləri : AR qanunvericiliyi, Sığorta qanunvericiliyi, Əmək məcəlləsi, Mülki məcəllə
Dil bilikləri : Azərbaycan, ingilis və rus dillərini yüksək səviyədə bilməlidir;
Kompüter bilikləri : MS Office;
Üstünlüklər: Sığorta və ya digər maliyyə sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcəkdir;
Fərdi keyfiyyət tələbləri : Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, biznes tərəfdaşlığı, inam yaratma, geniş perspektiv, məlumat əldəetmə, strateji düşünmə, ruhlandırma, istedadı inkişaf etdirmə, təsir göstərmə, nəticəyə istiqamətləndirmə.

İmtiyazlar:

Könüllü tibbi sığorta : İşçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 942

Vakansiya üçün müraciət qaydası : CV-lər “Hüquq departamentinin direktoru” mövzusu ilə cv@pasha-life.az elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP