Keyfiyyət və təhlükəsizlik üzrə menecer
 
JOB TITLE: Keyfiyyət və təhlükəsizlik üzrə menecer
EMPLOYER: Silk Way Helicopter Services DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-12-14 LAST UPDATED: N/A DEADLINE: 2019-01-13

Şirkətin adı: “Silk Way Helicopter Services” MMC (aviasiya şirkəti).
Vəzifə: Keyfiyyət və təhlükəsizlik üzrə menecer.

İxtisas tələbləri:

• Ali texniki aviasiya təhsili,
• 5 ildən az olmayaraq aviasiya sahəsi üzrə rəhbər vəzifələrdə iş təcrübəsi olmalıdır;
• Azərbaycan, rus və ingilis dillərində səlis danışıq;
• Offis kompüter proqramları yüksək səviyyədə (MS Word, Excel, İnternet və s.);
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
• Yüksək idarəetmə qabiliyyəti; 
• Güclü ünsiyyət və qeyd olunan dillərdə danışıq qabiliyyəti;
• Komandada işləmək bacarığı;

Vəzifə və öhdəlikləri:

• Öz işində rəhbərliyin müvafiq göstəriş, əmr və sərəncamlarını rəhbər tutaraq, mövcud qanunvericiliyə uyğun vəzifələrin yerinə yetirilməsini təmin etmək;
•  Müəssisədə ISO 9001 Keyfiyyət İdarəetmə Sisteminə uyğun sistem tətbiq etmək;
•  Xarici şirkətlərdən keyfiyyətlə əlaqədar gələn məsləhətçi, auditor, müştəri və digər tərəflərə  qarşı şirkəti yüksək səviyyədə təmsil etmək;
•  Keyfiyyət İdarəetmə sistemi daxilində sənədləri hazırlamaq / hazırlatmaq, təsdiq etmək / etdirmək;
•  Rəhbərliyin təhlili iclaslarında iştirak etmək, sistemin cari vəziyyəti ilə bağlı rəhbərliyə    raportlar təqdim etmək, iclas qeydiyyatlarını aparmaq;
•  Müəssisənin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə şəxsi heyətlə  profilaktiki  işləri üzrə tədbirlərin keçirilməsini  təşkil  etmək;
•  Düzəldici və  önləyici  fəaliyyətləri açmaq və ya açılmasını təmin etmək, bu fəaliyyətlərin  izlənməsini  həyata keçirmək;
•  Müəssisənin fəaliyyəti sahəsində daxili və xarici yoxlamalar, həmçinin  daxili  qiymətləndirmə  proseslərini  həyata  keçirmək;
• Müştəri şikayət və məmnuniyyətinin qiymətləndirilməsi ilə bağlı fəaliyyətləri həyata keçirmək;
• Müəssisənin fəaliyyəti ilə bağlı keyfiyyət sahəsində hazırlıq məsələləri üzrə keçiriləcək  hazırlıq  işləri  aparmaq;
• Müəssisənin fəaliyyəti  prosesində  və  müqavilə  əsasında lazım  olan xidmətlər göstərən    sub - kontrakt şirkətlərin keyfiyyət sahəsində nəzarət və təminat işlərini  aparmaq; 
• İcraatında olan sənədlərin lazımi qaydada və vaxtında icra olunmaqla müəyyən olunmuş  
   qaydada qeydiyyatını aparmaq;
• Daxili və xarici yoxlamalar (auditlər) nəticəsində tərtib olunmuş sənədlərin və materialların düzgün aparılmasını təmin etmək, ümumi qiymətləndirmə və digər proseslərini müəyyən olunmuş qaydada aparılmasını, həmçinin onların təminatını və nəzarətini həyata keçirmək;
• Müəssisənin fəaliyyətində keyfiyyət səviyyəsinin təkmilləşdirilməsi məqsədi ilə bu sahədə təminatın aparılması və yeni layihələrinin işlədilməsi proseslərində  sistematik  olaraq  iştirak etmək;
• Tabeçiliyində olan işçilərə müvafiq göstərişlər vermək;
• Rəhbərliyin göstəriş və tapşırıqlarını yerinə  yetirmək.

İş qrafiki

5 günlük, 09.00-dan 18.00-dək (nahar fasiləsi 13.00-14.00)
İstirahət günləri – şənbə, bazar.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “Keyfiyyət və təhlükəsizlik üzrə menecer”  yazaraq info@swhs.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət oluna bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP