Ümumi İşlər üzrə Mütəxəssis
 
JOB TITLE: Ümumi İşlər üzrə Mütəxəssis
EMPLOYER: Kəngərli Və Partnyorları Vəkil Bürosu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-12-14 LAST UPDATED: N/A DEADLINE: 2019-01-13


«Kəngərli və partnyorları» vəkil bürosu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birbaşa dəstəyi ilə təsis edilmiş ilk Vəkil Bürolarından biridir. Büro vəkilliyin bir institut olaraq intibah edən bu dövrdə bir qrup irəli fikirli, yeniliklərə açıq olan və hüququn aliliyinə inanan gənc vəkillər tərəfindən təsis edilmişdir.

Hal-hazırda «Kəngərli və partnyorları» vəkil bürosu Ümumi İşlər üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.

Əsas öhdəliklər

1. Büronun kargüzarlıq işini həyata keçirmək;
2. Dövlət orqanlarından və Vəkillər Kollegiyasından  büroya daxil olan fərman, qərar və sərəncamların qeydiyyatını və uçotunu aparmaq, onların rəhbərliyə çatdırılmasını təmin etmək;
3. Büronun daxilində və xaricində zəruri sənədlərin saxlanılmasını, çatdırılmasını və daşınmasını təşkil etmək;
4.Büroya daxil olan məktub, şikayət və ərizələrə baxmaq, sənədlərin surətinin çıxarılması və çoxaldılmasını təşkil etmək, habelə icrası zəruri olan sənədlərin icra olunmasına uçot-nəzarət işini təşkil etmək;
5. Qanunvericiliyə müvafiq qaydada arxiv işini həyata keçirmək;
6. Büroya daxil olan və bürodan çıxan bütün göndərişlərin uçotunun aparılmasını təşkil etmək;
7. Mövcud qanunvericiliyə və bürodaxili qaydalara əsasən, büronun arxiv işlərinin aparılması, arxiv materiallarının uçotu, saxlanılması və silinməsini təmin etmək;
8.Müştərilərlə müqavilələrin bağlanılması ilə əlaqədar texniki məsələləri həll etmək;
9. Orderlərin yazılması və qeydiyyatının aparılmasını təmin etmək.
10.İnzibati və təsərrüfatçılıq sahəsində zəruri işləri yerinə yetirmək

Tələblər:

1.Kargüzarlıq sahəsində  iş təcrübəsi ;
2.MS Office kompyuter proqramlarından sərbəst istifadə etmə bacarığı;                    
3.İngilis və rus dillərini bilməsi arzu olunandır.

İş qrafiki :

5 günlük iş rejimi ilə 09:00-18:00

«Kəngərli və partnyorları» vəkil bürosu rəqabətli bir mühitdə fəaliyyət göstərir və təşəbbüskar, daim inkişafda olan dinamik namizədlər axtarışındadır. Yuxarıdakı tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini 23 dekabr 2018-ci il tarixinədək mövzu hissəsinə “Ümumi İşlər üzrə Mütəxəssis”yazaraq  tural.ahmadov@kangarlilaw.az  ünvanına göndərsinlər.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Qeyd: CV-lərini göndərən şəxslərdən  əmək haqqı gözləntilərini qeyd etməsi xahiş olunur.
 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP