Tornaçı (5-6 dərəcəli)
 
JOB TITLE: Tornaçı (5-6 dərəcəli)
EMPLOYER: Metak DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-12-14 LAST UPDATED: N/A DEADLINE: 2019-01-13

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti işkələləri və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 750 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

Tornaçı (5-6 dərəcəli)

Namizədə tələblər:

• Əh: 800-900 azn
• 28-55 yaş
• Ali texniki təhsil
• Müvafiq iş stajı 3-5 il (alət sexində çalışanlara üstünlük verilir)
• Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır.

İş barədə məlumat:

• İstifadəsinə təyin olunmuş avadanlığın iş prinsipini və istifadə qaydalarını  bilməli;
• İstifadə etdiyi torna alətlərinin növünü və təyin olunmasını bilməli;
• Ölçmə, ölçü alətləri, ölçü vahidləri, standartlaşdırma, hədd kənarlaşmaları və s. haqqında məlumatlı olmalı;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını bilməlidir.

İş şəraiti:

• İş qrafiki: 6 günlük iş həftəsi 09:00-18:00
• İstirahət: bazar günü
• Nahar şirkət tərəfindən təmin olunur
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=123, və ya hr@metak.az ünvanına CV göndərərək 07.01.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP