Keyfiyyətə Nəzarət Köməkçisi
 
JOB TITLE: Keyfiyyətə Nəzarət Köməkçisi
EMPLOYER: Əjdaha MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-12-17 LAST UPDATED: N/A DEADLINE: 2019-01-16

2017-ci ildən etibarən fəaliyyət göstərən, yerli fast food brendi olmaqla, paytaxtda bir neçə filiallara sahib “Əjdaha” MMC  “Keyfiyyətə Nəzarət Köməkçisi ” vakansiyasını açıq elan edir.

Vəzifə Öhdəlikləri:

 Xammal qəbulundan, hazır  istehlak məhsulunun təqdimatına qədər bütün istehsal prossesinə nəzarət edilməsi;
 Qida məhsullarının təhlükəsizliyinə dair sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin yerinə yetirilməsinə nəzarət;
 HACCP, Yeyinti Məhsullarının Keyfiyyətinə Nəzarət Sisteminin,Gigiyena haqqında təlim qeydlərinin hazırlanması, analiz edilməsi və hesabatların verilməsi ;
 Yoxlamalar üçün  qurumun daim hazırlığına nəzarət etmək, keyfiyyət ilə bağlı yenilənən  tələbləri müvafiq olaraq tətbiq etmək ;
 İstehsal, daşınma, təmizlik prosseslərini ilə  əlaqədar personala nəzarət etmək;
  Yeyinti məhsullarının saxlanması və daşınması texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl edilməklə həyata keçirilməsinə nəzarət etmək.

Tələb olunan bacarıqlar:

 “Qida Mühəndisliyi” sahəsində ali təhsil;
 Qida sektorunda iş təcrübəsi (“Qırmızı Ət”sektorunda təcrübə üstünlükdür);
 ISO 9001, ISO 220000 Keyfiyyət İdarəetmə Sistemləri və digər keyfiyyət sistemləri haqqında məlumatlı olmaq ;
 Qida Təhlükəsizliyi Zənciri və  tətbiq olunan gigiyena qaydaları barəsində məlumatlı olmaq ;
 MS Office proramlarını sərbəst şəkildə bilməli;
 Hesabatları hazırlayıb təqdim etmək ;
 Sıx iş qrafikinə uyğunlaşan, qrup ilə işləməyi bacaran;
 Koordinasiya və təşkilatçılıq bacarıqlarına sahib;
 Kişi namizədlərdən, hərbi xidməti bitirmiş; 
 Yeniliyə açıq, analitik düşünə bilən, cəld və həll yönümlü qərarlar verə bilən.

Maraqlanan şəxslərdən özləri haqqında məlumatı (CV) şəkil ilə birlikdə, mövzu hissəsində “Keyfiyyətə Nəzarət Köməkçisi ” başlığı ilə qeyd edərək applicants@ajdaha.az ünvanına göndərmələri xahiş olunur. Əmək haqqı uğurlu namizəd ilə müzakirə ediləcəkdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP