Klaster və klasterləşmə üzrə mütəxəssis
 
JOB TITLE: Klaster və klasterləşmə üzrə mütəxəssis
EMPLOYER: Yerli İdarəetməyə Yardım İctimai Birliyi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-12-17 LAST UPDATED: 2018-12-27 DEADLINE: 2019-01-16

İş Elanı № 3

Vəzifə: Klaster və klasterləşmə üzrə mütəxəssis
İş yeri: Bakı, Azərbaycan
Müraciətin son tarixi:  12.01.2019
Müqavilənin növü: Xidmət müqaviləsi
Müqavilənin müddəti:  5 ay
Ümumi iş günü:  60 gün

Ümumi məlumat

Yerli İdarəetməyə Yardım İctimai Birliyi Avropa İttifaqının finansal dəstəyi ilə Kənd və Regional İnkişafa Dəstək proqramı çərçivəsində “İcma-Əsaslı Aqroturizmin Kənd Yerlərinin İnkişaf Strategiyası olaraq Təşviqi” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi 8 rayonda (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Salyan, Cəlilabad, Lənkəran) icma əsaslı aqroturizmi inkişaf etdirmək və kənd təsərrüfatı ilə turizm sektoru arasında əlaqələri gücləndirməklə iqtisadi şaxələnmə və iş yerlərinin yaradılmasını sürətləndirməkdir.

İşin təsviri

Layihənin fəaliyyət planı çərçivəsində 8 hədəf rayonda (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Salyan, Cəlilabad, Lənkəran)  layihənin dəyər zənciri aktyorlarının iştirakı ilə ən az 3 klasterin yaradılması və onların inkişafı.

Vəzifə və öhdəliklər

 Layihənin dəyər zənciri iştirakçıları arasında əlaqələri müəyyənləşdirərək klasterlər yaratmaq;
 Klaster və klasterləşmə ilə əlaqəli təlimlər keçərək klasterlərin sürətli inkişafına dəstək olmaq;
 Yaradılmış klasterlərə inkişaf planı hazırlamaq;
 Müvafiq dövlət qurumları ilə məsləhətləşməklə uyğun model üzrə təkliflər vermək.

Tələb olunan təhsil və təcrübə

Təhsil:

 İqtisadiyyat, kənd təsərrüfatı, turizm, biznes təşkili və idarə olunması və buna yaxın ixtisas sahəsi üzrə təhsil alan bakalavr və magistratura məzunlarına üstünlük veriləcəkdir.

Təcrübə:

 Marketinq, kicik və orta biznesin inkişafı və təşviqi üzrə təcrübəyə malik olmalı;
 Müvafiq vəzifə üzrə 2 il iş təcrübəsi olmalı (beynalxalq layihələrdə  iş təcrübəsi olanlara üstünlük veriləcək) VƏ YA tələb olunan sahə üzrə ali təhsili olmalı;
 Təşkilatcılıq, ünsiyyət, təmsilcilik və təqdimetmə bacarıqları olmalı;
 Dövlət, biznes, media və ictimai təşkilatlarla yaxşı işgüzar əlaqələri olmalı.

Dil bilikləri:

 İngilis dili (arzuolunandır)

Müraciət:

Zəhmət olmasa, CV`nizlə yanaşı İşə olan maraqları ifadə edən məktubu (Cover Letter) və Arzuladığınız xidmət haqqı (service fee expectation) məbləğini aşağıda qeyd olunan e-mail ünvana göndərin. Məktub göndərərkən Subject hissəsinə elan edilmiş vakant vəzifənin adını (Klaster və klasterləşmə üzrə mütəxəssis) qeyd etməyi unutmayın. Ancaq seçilmiş namizədlər müsahibəyə dəvət ediləcəkdir.

E-mail: office@lga.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP