Marketinq və biznes inkişafı üzrə mütəxəssis
 
JOB TITLE: Marketinq və biznes inkişafı üzrə mütəxəssis
EMPLOYER: Yerli İdarəetməyə Yardım İctimai Birliyi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-12-17 LAST UPDATED: 2018-12-27 DEADLINE: 2019-01-16

İş Elanı № 4

Vəzifə: Marketinq və biznes inkişafı üzrə mütəxəssis
İş yeri: Bakı, Azərbaycan
Müraciətin son tarixi:  12.01.2019
Müqavilənin növü: Xidmət müqaviləsi
Müqavilənin müddəti:  16 ay

Ümumi məlumat

Yerli İdarəetməyə Yardım İctimai Birliyi Avropa İttifaqının finansal dəstəyi ilə Kənd və Regional İnkişafa Dəstək proqramı çərçivəsində “İcma-Əsaslı Aqroturizmin Kənd Yerlərinin İnkişaf Strategiyası olaraq Təşviqi” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi 8 rayonda (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Salyan, Cəlilabad, Lənkəran) icma əsaslı aqroturizmi inkişaf etdirmək və kənd təsərrüfatı ilə turizm sektoru arasında əlaqələri gücləndirməklə iqtisadi şaxələnmə və iş yerlərinin yaradılmasını sürətləndirməkdir.

İşin təsviri

Layihənin fəaliyyət planı çərçivəsində 8 hədəf rayondan (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Salyan, Cəlilabad, Lənkəran) seçilmiş layihənin dəyər zənciri aktyorlarının biznes və marketinq bacarıqlarının artırılması, hər bir iştirakçının fərdi biznes inkişaf planının və marketinq strategiyalarının hazırlanması.

Vəzifə və öhdəliklər

 Fəaliyyətin bütün biznes idarəçiliyi və marketinq aspektləri üzrə aparıcı texniki ekspert kimi xidmət etmək;
 Dəyər zənciri iştirakçıları üçün marketinq strategiyalarının hazırlanmasına və təşviqinə rəhbərlik etmək;
 Regionlarda fəaliyyət göstərən hotel, qonaqlama xidməti göstərən müəssisələr və Bakı və digər regionlarda yerləşən turizm şirkətləri ilə əlaqələr yaratmaq;
 Dəyər Zənciri iştirakçılarının maliyyə mənbələrinə çıxışlarına dəstək olmaq.

Tələb olunan təhsil və təcrübə

Təhsil:

 İqtisadiyyat, turizm, marketinq, biznes təşkili və idarə olunması və buna yaxın ixtisas sahəsi üzrə təhsil alan bakalavr və magistratura məzunlarına üstünlük veriləcəkdir.

Təcrübə:

 Marketinq, kicik və orta biznesin inkişafı və təşviqi üzrə təcrübəyə malik olmalı;
 Müvafiq vəzifə üzrə 2 il iş təcrübəsi olmalı (beynalxalq layihələrdə  iş təcrübəsi olanlara üstünlük veriləcək) VƏ YA tələb olunan sahə üzrə ali təhsili olmalı;
 Təşkilatcılıq, ünsiyyət, təmsilcilik və təqdimetmə bacarıqları olmalı;
 Dövlət, biznes, media və ictimai təşkilatlarla yaxşı işgüzar əlaqələri olmalı.

Dil bilikləri:

 İngilis dili (arzu olunandır)

Müraciət:

Zəhmət olmasa, CV`nizlə yanaşı İşə olan maraqları ifadə edən məktubu (Cover Letter) və Arzuladığınız xidmət haqqı (service fee expectation) məbləğini aşağıda qeyd olunan e-mail ünvana göndərin. Məktub göndərərkən Subject hissəsinə elan edilmiş vakant vəzifənin adını (marketinq və biznes inkişafı üzrə mütəxəssis) qeyd etməyi unutmayın. Ancaq seçilmiş namizədlər müsahibəyə dəvət ediləcəkdir.

E-mail: office@lga.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP