Direktor, Metaləritmə zavodu
 
JOB TITLE: Direktor, Metaləritmə zavodu
EMPLOYER: Sumgait Technologies Park LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-12-17 LAST UPDATED: N/A DEADLINE: 2019-01-16

Vəzifə: Direktor, Metaləritmə zavodu

Vəzifə öhdəlikləri:

• Zavodun texniki siyasətini, inkişaf perspektivlərini və texniki cəhətdən yenilənməsini müəyyən edir;
• İstehsalatın texniki hazırlıq səviyyəsinin vaxtaşırı yüksəldilməsini, onun səmərəliliyinin artırılmasını, məhsul  istehsalına və işlərə (xidmətlərə) maddi, maliyyə və əmək sərfinin azaldılmasını, istehsal fondlarından və bütün ehtiyyatlardan səmərəli istifadə edilməsini təmin edir;      
• Yeni texnika və texnologiyaların işlənib hazırlanmasını və tətbiqini təşkil edir;  
• Elm və texnikanın müasir nailiyyətlərinə, həmçinin qabaqcıl təcrübələrə əsaslanaraq buraxılan məhsulun assortimentinin yaxşılaşdırılması, yenilənməsi, prinsipcə yeni növ məhsul və texnologiya yaradılması, istehsalın kompleks exanikləşdirilməsi
və avtomatlaşdırılması üzrə təklifləri araşdırır və tətbiq  edir;
• Layihə, konstruktor və texnoloji intizama, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından  mühafizənin qayda və normalrına riayət edilməsinə nəzarət
edir;
• Texniki sənədləşmənin vaxtında hazır olmasını təmin edir;
• Sənədlərin patentləşdirməyə hazırlanması və lisenziya alınması işlərini təşkil edir;
• Elmi-tədqiqat, layihə təşkilatları və ali təhsil müəssisələri ilə yeni texnika və texnologiyanın işlənib hazırlanması, müəssisələrin yenidən qurulması, avadanlıqların yeniləşdirilməsi, istehsal proseslərinin kompleks mexanikiləşdirilməsi və avtomatlaşdırılması üzrə layihələrin işlənib hazırlanmsı üzrə müqavilələrin bağlanması, onların işlənməsi və tətbiq  edilməsi üçün müəssisə rəhbərliyi qarsında vəsatət qaldırır və icra olunmasına  nəzarət edir;
• Zavodun texniki xidmət işlərinə rəhbərlik edir, əmək və istehsalat intizamını nəzarət altında saxlayır;
• Elmi tətqiqatları və eksperimentləri, yeni texnika və texnologiyanın sınaqdan keçirilməsi, elmi- texniki informasiyanı, təblğatı, səmərələşdirici təklifləri və kəşifləri, qabaqcıl istehsalat təcrübəsini və yaradıcı təklifləri istiqamətləndirir.   

Təhsil / təcrübə

• Texniki ali təhsil (Metaləritmə üzrə);
• Analoji sahədə 10 il iş təcrübəsi;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• Azərbaycan və rus dillərində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti.

Məsuliyyəti:

• Müəssisənin  Nizamnaməsinə  və Zavod haqqında Əsasnaməyə uyğun fəaliyyət göstərməlidir;
• İcra  etdiyi işlərin qanunvericiliyə uyğun olmasına görə məsuliyyət daşıyır;
• İstifadəsində  olan  əmlak və digər mal-material  qiymətlilərə görə maddi məsuliyyət daşıyır;
• Bu vəzifə təlimatı ilə üzərinə düşən vəzifələrin və tapşırıqların vaxtında yerinə yetirilməsinə görə məsuliyyət daşıyır;
• Müəssisənin və zavodun nizam-intizam qaydalarına  və əmək qanunvericiliyinin tələblərinə riayət edilməsinə görə məsuliyyət daşıyır;
• Müəssisənin və zavodun sirrini təşkil edən məlumatların kənar  şəxslərə  açıqlanmasına görə məsuliyyət daşıyır.
• Mənafeyinin qorunması və zavoda, onun müştərilərinə  aid olan məxfi məlumatların, sənədlərin (kommersiya sirri) üçüncü şəxslərə açılmasına görə məsuliyyət daşıyır;
• AR əmək qanunvericiliyi tərəfindən müəyyən edilmiş qaydada, bu vəzifə təlimatı ilə nəzərdə tutulmuş, vəzifələrin icra edilməməsi və ya lazımi səviyyədə ica edilməməsinə görə məsuliyyət daşıyır;
• Müəssisə rəhbərlərinin göstərişlərini və bu vəzifə təlimatını rəhbər tutur;
• İşgüzar ünsiyyətin əxlaqını və peşə etiketi qaydalarını bilməlidir;
• Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət etməlidir;
• İmzaladığı sənədlərə şəxsən və şərtsiz məsuliyyət daşıyır;
• Zavodun texniki siyasətinin və inkişaf perspektivlərinin təyin olunmasına, zavodun işçiləri tərəfindən daxili nizam-intizam,  texnoloji, əməyin mühafizəsi və digər normativ hüquqi aktların tələblərinə  əməl olunmasının təşkilinə, texniki və digər  sənədləşmələrin vaxtında və düzgün hazır olmasına, İstehsalatda qəza, bədbəxt hadisə və peşə xəstəliklərinin səbəblərinin  aradan qaldırılması üçün tədbirlərin yerinə yetirilməsinə, fövqəladə hallar zamanı xilasetmə işlərinə rəhbərlik etməyə, zərərli və təhlükəli maddələrin ətraf mühitə və atmosferə yayılmamasına, iş yerlərində zərərli və təhlükəli maddələrin həddinin normaya uyğun olmasının təmin edilməsinə, yeni texnikaların və texnologiyaların  tətbiqinə, istehsal fondlarından, xammal və avadanlıqlardan səmərəli istifadə olunmasına cavabdehdir;
• Direktor birbaşa olaraq Istehsalat direktoruna tabedir.

Əlavə məlumatlar

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 08:00 – 17:00
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Direktor, Metaləritmə zavodu” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP