Material Controller/ Materiallar üzrə nəzarətçi
 
JOB TITLE: Material Controller/ Materiallar üzrə nəzarətçi
EMPLOYER: BOS Shelf LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-12-18 LAST UPDATED: 2018-12-18 DEADLINE: 2019-01-17

Department : Supply Base/ Təchizat Bazası

Position/Vəzifə : Material Controller/ Materiallar üzrə nəzarətçi

Duties and Tasks

1. Efficient and effective coordination, allocation and control of all warehouse contracted and owned plant and equipment, operators and labour;
2. Accept, schedule and distribute tasks accordingly for warehouse staff;
3. Ensure the input in tracking software for all purchased, required and issued materials and equipment and tools involving Warehouse and Materials Control activity;
4. Ensure Purchase Orders for materials, equipment and tools incoming and outgoing in accordance with AzSPU Materials Technical Integrity Strategy are accurately prepared and filed;
5. Ensure that material and tools deemed for stock is updated in tracking software and stored in proper bin locations;
6. Ensure that all materials and tools going into tracking software meet requirements as it pertains to required documentation;
7. Ensure that all supporting documentation is accurately filed in accordance with relevant BP Materials Control procedures and AzSPU Materials Integrity Strategy;
8. Ensure that any materials and tools that are issued are properly recorded in tracking software and that any material that does not contain the proper documentation or receipt requirements are quarantined until further action is agreed;
9. Ensure that Quarantine register is amended and updated after each verification process;
10. Support/lead inventory counts ensuring proper records are kept and unloaded to Bos Shelf controlled data base.
11. Ensure that all appropriate documentation (cargo manifest, required attachments, MSDS, certificates etc.) for materials and tools dispatched from the warehouse are provided. Ensuring that materials issue or transfer transactions are processed in tracking software and documentation is filed and archived as per procedure;
12. Monitor the progress of activities as related to the project plans and ensure that management is aware of any gaps or delay that may occur;
13. Ensuring that all materials at the warehouse are stored correctly, in safe condition, free of damage and in accordance with normal Procedures.

Funksiya və Tapşırıqlar

1. Anbarda müqavilə əsasında icarəyə götürülən və Şirkətə məxsus qurğu və avadanlıqları, operatorları və işçi qüvvəsini səmərəli və effektiv şəkildə əlaqələndirmək, ayırmaq və nəzarətdə saxlamaq;
2. Tapşırıqları müvafiq qaydada qəbul etmək, siyahılaşdırmaq və onları anbar işçilər arasında bölüşdürmək;
3. Bütün satın alınan, tələb olunan və buraxılan materialların, avadanlıqların və alətlərin qeydiyyatlarının proqram təminatında Materiallara nəzarət və Anbar sahəsinin fəaliyyətini tam əhatə etməsini təmin etmək;
4. AzSİB-nin Materialların Texniki Bütövlüyü Strategiyasına uyğun olaraq bütün daxil və xaric olan materialların, avadanlıqların və alətlərin sifarişlərinin dəqiqliklə hazırlanıb və fayllarda saxlanmasını təmin etmək;
5. Anbarda saxlanmalı olan bütün materiallar və alətlər barəsində proqram təminatında məlumatların təzələnməsini və onların xüsusi yeşiklərdə saxlanmasını təmin etmək;
6. Proqram təminatına daxil olan bütün materialların sənədləşmə tələblərinə uyğun olmasının təmin edilməsi;
7. Müvafiq BP Materiallara Nəzarət prosedurlarına, həmçinin AzSİB-nin Materialların Texniki Bütövlüyü Strategiyasına uyğun olaraq bütün əlavə olunan sənədlərin fayllarda saxlanmasının təmin edilməsi;
8. Buraxılan bütün materialların və alətlərin proqram təminatında lazımi qaydada qeydiyyata alınmasının, həmçinin düzgün sənədləşmə və invoys tələblərinə cavab verməyən materialların növbəti qərar verilənədək karantində saxlanmasının təmin edilməsi;
9. Yoxlamalardan sonra düzəlişlər və əlavələrin Karantin qeydiyyat jurnalına vaxtlı-vaxtında daxil olunmasının təmin edilməsi;
10. Düzgün qeydlərin aparılması  və Bos Şelf idarəçiliyində olan məlumat bazasına daxil olmasını təmin etməklə inventarların sayılması/onlara nəzarət;
11. Anbardan göndərilən istehsal materialları və alətləri üçün bütün müvafiq sənədlərin (yük qaiməsinin, tələb olunan əlavələrin, Materialların təhlükəsizlik pasportlarının, sertifikatların və s.) təqdim olunmasını təmin etmək. Materialların təhvil verilməsi və ya ötürülməsi əməliyyatlarının proqram təminatında işlənməsini, prosedura uyğun olaraq sənədlərin təqdim olunmasını və arxivləşdirilməsini təmin etmək;
12. Layihə planlarına uyğun olaraq  fəaliyyətdən doğan nailiyyətlərin monitorinqi, habelə, baş verə bilən bütün gecikmələrin və ya  boşluqlar barədə rəhbərliyin məlumatlandırılmasını təmin etmək;
13. Bütün materialların anbarda düzgün, təhlükəsiz şəraitdə, zədəsiz və normal istismar tələblərinə uyğun olaraq saxlanmasını təmin etmək. 

The applications should be submitted to:  hr@bos-shelf.com

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP