Satış mütəxəssisi
 
JOB TITLE: Satış mütəxəssisi
EMPLOYER: AAC MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-12-18 LAST UPDATED: N/A DEADLINE: 2019-01-17

 Vəzifə: Satış  mütəxəssisi

Yaş həddi: 25-35

İş qrafiki: 5 günlük,saat 09:00-18:00-dək, əmək məcəlləsinə uyğun olaraq sənədləşdirmə.

Əmək haqqı: vəzifə (tarif) maaşı və bonus sistemi

Tələblər:

- Ali təhsili;
- Kompüterlə işləmək bacarığı;
- Azərbaycan, rus və ingilis dillərini bilmək;
- Satış sahəsində azı 3 il stajı;
- Komandada işləmə bacarığı;
- Müştərilərlə işləmək bacarığı;
- İşgüzar danışıqlar aparma qabiliyyəti;
- Xoş gorünüşlü, gülərüz;
- Punktual, məsuliyyətli, məqsədyönlü; Aktiv və çalışqan.

MƏSULİYYƏT VƏ VƏZİFƏLƏRİ:

• Cəmiyyətin istehsal etdiyi məhsulların satış mexanizminin hazırlanmasında və satışının təşkil edilməsində iştirak edilməsi;
• Cəmiyyətin istehsal etdiyi məhsullar haqqında maraq formalaşdırılmasının təşkil edilməsi;
• Cəmiyyətin istehsal etdiyi məhsulların bilavasitə satışında iştirak edilməsi və məhsulların təyinat məntəqəsinə vaxtı-vaxtında çatdırılmasının təmin edilməsi;
• Satışın həyata keçirilməsi zamanı müqavilələri və digər müvafiq sənədlərin hazırlanmasının təşkil edilməsi və buna görə məsuliyyət daşınması;
• Təyin olunmuş ərazi/bazar seqmenti daxilində hazırkı və gələcək müştərilər ilə əlaqələrin qurulması, inkişafı və saxlanılması;
• Hazırkı və gələcək müştərilərlə telefon danışıqları və üzbəüz görüşlərin və təqdimatların təşkili;
• Gələcək müştəri mənbələrinin inkişafı və onların potensiallarını müəyyən etmək üçün məlumat mənbələrinin  tədqiq olunması;
• Cari və perspektiv müştərilər üçün aydın və effektiv yazılı təkliflərin hazırlanması;
• Müştərilərdən daxil olan məlumatlara operativ reaksiya verilməsi və bunların rəhbərliyin diqqətinə çatdırılması
• Müştərilərin problemləri və şikayətlərinin həllinin tezləşdirilməsi;
• Marketinq, satışın idarə olunması, mühasibat, loqistika və texniki xidmət qrupları ilə satış səylərinin əlaqələndirilməsi; 
• Ərazi/bazar imkanlarının analiz edilməsi, cari və perspektiv müştərilərin şirkət daxilində dəyərinin təhlil edilməsi;
• Cari müştərilər üçün cari və gələcək planları, səhm və dəyər imkanlarını işıqlandıran müştəri profilinin yaradılması;
• Faydaların müəyyənləşdirilməsi və şirkətin məhsullarının/xidmətlərinin müqayisə edilməsi
• Reklam vasitələrinin (buklet,plakat və s.) dizaynı üzrə təkliflər verir işin gedişinə birbaşa nəzarət edir və çap  olunmasını təşkil edir;
• Reklam aksiyalarını analiz edir və onların səmərəliliyi və nəticələri haqqında hesabat hazırlayır; 
• Satışın rüblük (gün/həftə/ay) və illik planının tərtib edilməsi;
• Satışın rüblük (gün/həftə/ay) və illik plan üzrə hesabatların verilməsi;

TİKİNTİ MATERİALLARININ SATIŞI SAHƏSİNDƏ İŞLƏMİŞ NAMİZƏDLƏRƏ ÜSTÜNLÜK VERİLİR.

Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifəninin adını qeyd edərək hr@aac.az elektron ünvanına göndərməlidirlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP