Korporativ Satış Meneceri
 
JOB TITLE: Korporativ Satış Meneceri
EMPLOYER: ABV Limitet DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-12-19 LAST UPDATED: 2018-12-25 DEADLINE: 2019-01-18

Korporativ Satış Meneceri

İş barədə:

- Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması;
- İşgüzar və korporativ danışıqların aparılması;
- Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
- Satışın yüksək səviyyədə həyata keçirilməsi;
- Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
- Sifarişlər, problemlər, hesabatlar və s. daxil olmaqla müştərilərlə əlaqəli bütün məsələləri həll etmək
- Gecikmiş borclar/müştəri problemləri barədə məlumat vermək;
- İş qrafiki: I-VI  günlər (tam iş günü)

Namizədə dair tələblər

- Ali təhsilli xanımlar
- İş təcrübəsi: 1-3 il
- Yaş həddi - 22-35
- Azərbaycan, rus dillərini mükəmməl səviyyədə bilməli (orta səviyyəli ingilis dili üstünlükdür)
- Əla satış və müştəri xidməti bacarıqları
- Ünsiyyət qabiliyyəti (şifahi və yazılı); email vasitəsilə ünsiyyət bacarığı 
- Ms. Office proqramlarını yüksək səviyyədə bilməlidir
- 1C 8,3 proqramı üzrə bacarığı olanlara üstünlük veriləcək
- Maaş razılaşma yolu + bonus.

Bakalavr və magistr məzunları da müraciət edə bilərlər.

CV-lərinizi info@abv.az ünvanına "korporativ satış meneceri " başlığı ilə göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP