Korporativ satış mütəxəssisi
 
JOB TITLE: Korporativ satış mütəxəssisi
EMPLOYER: Point Agency DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-12-19 LAST UPDATED: N/A DEADLINE: 2019-01-18

Şirkət: Point Agency
Vakansiya: Korporativ satış mütəxəssisi
İş yeri:  Bakı şəhəri, İçərişəhər tarix-memarlıq qoruğu
İş günləri: Bazar ertəsi – Cümə
İş saatları: 10:00 – 18:00

ÖHDƏLİKLƏR:

‒ Müxtəlif kanallarla (telefon, e-mail, sosial şəbəkələr və s.) korporativ müştərilərlə əlaqə saxlayıb görüşmək və müştəri bazasını formalaşdırmaq;
‒ Korporativ müştərilər üçün qiymət təklifi paketini hazırlamaq;
‒ Korporativ satış planını yerinə yetirmək;
‒ Satışların artırılması məqsədi ilə şirkətin təklif etdiyi xidmətlərin təqdimatını həyata keçirmək;
‒ Bazarı, rəqibləri araşdırmaq, analizləri aparmaq, tələb və təklifləri müəyyənləşdirmək;
‒ Korporativ müştərlər haqqında informasiyanın toplanılmasını və yeni müştərilər ilə əlaqələrin qurulmasını təmin etmək;
‒ Müştəri etirazları ilə əlaqədar ortaya çıxan problemləri həll etmək;
‒ Potensial müştəri ola biləcək şirkətləri ziyarət etmək və ehtiyacları analiz etmək;
‒ Mütəmadi olaraq, korporativ müştərilərlə görüşlərin təşkil olunması və xidmətin keyfiyyəti barədə rəylərin öyrənilməsini təmin etmək;
‒ Gün ərzində keçirdiyi görüşlər və danışıqlar barədə qeydlər aparmaq və hesabatlar hazırlamaq;
‒ Şirkətin strategiyasına uyğun olaraq məlumat bazalarını təmin etmək, yeniləmək və hesabat təqdim etmək;
‒ Korporativ satışlar barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabat və təkliflərin hazırlanmasını təşkil etmək.

TƏLƏBLƏR:

‒ Ali təhsil (müvafiq sahədə üstünlükdür);
‒ Müvafiq sahədə minimum 1 il iş təcrübəsi arzuolunandır;
‒ Yüksək səviyyədə Azərbaycan və Rus dilləri biliyi (İngilis dili üstünlükdür);
‒ MS Office proqramlarında (Word, Excel, Power Point, Outlook) işləmə bacarığı;
‒ Yüksək analitik qabiliyyəti, ünsiyyət və təqdim etmə, məsuliyyətlilik, təşəbbüskarlıq, məqsədyönlülük, problem həlletmə, operativlik, yenilikçilik bacarıqları.

Uyğun və maraqlanan şəxslər vakansiya ilə əlaqədar recruitment@pointagency.az  elektron poçt ünvanına müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP