ExpressClub layihəsinin inkişafı bölməsi / müdir
 
JOB TITLE: ExpressClub layihəsinin inkişafı bölməsi / müdir
EMPLOYER: Express Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-12-24 LAST UPDATED: N/A DEADLINE: 2019-01-23

Vəzifə: ExpressClub layihəsinin inkişafı bölməsi / müdir

Vəzifə öhdəlikləri:

- Yeni tərəfdaşların banka cəlb edilməsində birbaşa iştirak edir;
- Zəruri hallarda, bölmənin işçiləri ilə birlikdə görüşlərdə iştirak edir;
- Rəhbərlik tərəfindən təsdiq edilmiş bölmənin aylıq və illik planının həyata keçirilməsini təmin edir;
- Strateji tərəfdaşlarla qarşılıqlı əlaqələri qurur;
- Bölmənin işçiləri tərəfindən təqdim edilmiş hesabatlar əsasında şöbə müdirinə cari , aylıq , rüblük və illik hesabatları təqdim edir;
- Şöbənin və bölmənin fəaliyyəti ilə bağlı layihələrin hazırlanmasında iştirak edir;
- Təsdiq olunmuş metodiki göstərişə / prosedura əsasən bölməyə aid olan mövcud və yeni layihələrin aparılmasını təmin edir;
- Departament direktoru , direktor müavini və şöbə müdirinin verdiyi göstərişləri və Bankın normativ sənədləri ilə müəyyən edilmiş digər funksiyaları yerinə yetirir.

Tələblər:

- Ali təhsil;
- Satış sahəsində minimum 3 ilə yaxın iş təcrübəsi;
- Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı , ingilis dili arzuolunandır;
- Ünsiyyət qurmaq bacarığı;
- Təklif olunan məhsul və xidmətlərin satışını təmin etmək bacarığı;
- Yüksək dərəcədə komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti.

Biz sizə nələr təklif edirik:

- Azərbaycanın aparıcı banklarının birində iş;
- Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
- Professional və maddi inkişaf perspektivləri;


E - mail : cv@expressbank.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP