İnfrastruktur koordinatoru
 
JOB TITLE: İnfrastruktur koordinatoru
EMPLOYER: FINCA Azerbaijan LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-12-24 LAST UPDATED: N/A DEADLINE: 2019-01-23

İş Elanı №31/18

“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

Hal-hazrıda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİSİ üçün INFRASTRUKTUR KOORDINATORU vəzifəsinə işçi axtarışı elan edir.

“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

Öhdəliklər:

• İnzibati Şöbəyə daxil olmuş sifariş əsasında xüsusi təyinat üzrə ofislər axtarmaq;
• Seçilmiş obyektə səfər edib hüquqi, texniki, fiziki vəziyyətini dəyərləndirmək, lazımı təkliflər vermək
• Ofisin korporativ standartlarına uyğun təmir edilməsi üçün tələb olunan işləri görmək.

TələblərIər:

• Ali təhsil;
• Mühəndislik, inşaat, dizayn barəsində ümumi biliklər;
• Dövlət İdarələri ilə (Notarius, Daşınmaz Əmlakın Reyestr Xidməti, Kommunal İdarələrlə işləmək vərdişləri 
• Dəqiqlilik, diqqətlilik, yüksək səviyyədə  ünsiyyət qurmaq, danışıqlar aparmaq qabiliyyəti;
• Yüksək təşkilatçılıq və vaxtın idarə olunması bacarığı;
• Düzgünlüyü sevən və məsuliyyətli;
• Ümumi komputer bilikləri (MS Office);
• Azərbaycanın bütün bölgələrə səfərlər etməyə hazır olmaq.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 14 Yanvar 2018-ci il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində INFRASTRUKTUR KOORDINATORU qeyd etməklə göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP