Qrafik Dizayn üzrə Təcrübə proqramı
 
JOB TITLE: Qrafik Dizayn üzrə Təcrübə proqramı
EMPLOYER: ATL Consulting DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-12-27 LAST UPDATED: N/A DEADLINE: 2019-01-26

2011-ci ildə yaradılmış “ATL Konsaltinq" şirkətinin əsas məqsədi fəaliyyətində çətin vəziyyətə düşmüş şirkətlərə peşəkar yanaşma və konsultinq xidmətləri göstərmək, fəaliyyətinin səmərəliliyinin artırılmasına yardım etməkdir. “ATL Konsaltinq” şirkətin bazar mövqeyinin möhkəmləndirilməsi, müştəri ilə münasibətlərin qurulması və düzgün istiqamətdə genişlənməsi istiqamətində biznesin inkişafını dəstəkləyir. Yüksək peşəkarlıq nümayiş etdirməklə, biz müştərilərimiz üçün daha faydalı olmağa çalışırıq. Bizim fəaliyyətimizin əsas meyarlarından biri müştərinin istəyinə həssas münasibət, cəmiyyətin ayrılmaz hissəsi olan biznes strukturlarına müvafiq yanaşmadır. İstənilən formada göstərdiyimiz xidmətdə peşəkarlıq bizim dayaq nöqtəmizdir. Biz aşağıdakı xidmətləri göstəririk: Marketinq və reklam sahəsində konsultinq, PR, bazarın tətqiqi, müəssisələrdə biznes sorğusunun aparılması, layihələrin idarəedilməsi üzrə konsaltinq, təlimlər.

Hazırda ATL Konsaltinq  şirkəti Qrafik Dizayn üzrə Təcrübə proqramını açıq elan edir.

Tələblər:

• Başlanğıc səviyyədə Adope Photoshop və Illustartor Proqram biliyi;
• Öyrənməyə meyilli;
• Kollektivdə işləməyi bacaran, operativ və yaradıcı;
• Ünsiyyətcil, məsuliyyətli, təşəbbüskar.

İş saatları həftədə 30 saatdan çox olmamaqla müəyyən edilir və  Təcrübəçinin razılığı ilə onunla “Təcrübəçi Müqaviləsi” bağlanır .

Təcrübə müddətinin sonunda namizədə tövsiyyə məktubu tərəfimizdən verilir.  Təcrübə proqramı ödənişsizdir.

Vakansiya ilə maraqlanan namizədlərdən  öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə internship@atl.az elektron ünvanına mövzu hissəsində “Qrafik Dizayner Təcrübəçi” qeyd etməklə göndərmələri rica olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP