Qış təcrübə proqramı
 
JOB TITLE: Qış təcrübə proqramı
EMPLOYER: Bank Respublika ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-12-28 LAST UPDATED: N/A DEADLINE: 2019-01-27

QIŞ TƏCRÜBƏ PROQRAMI

Bank Respublika ASC istedadlı və motivasiyalı 4-cü kurs tələbələri və yeni məzunlar üçün QIŞ TƏCRÜBƏ PROQRAMI elan edir.

Biz Sizə Bankın müxtəlif sahələrində bacarıq, biliyin artırılmasına və karyera qurmasına yönəlik innovativ və sosial məqsədlər daşıyan karyera proqramı təklif edirik.

Bank Respublika olaraq Sizə nə vəd edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• “Bank Respublika”-nın peşəkar komandasının bir üzvü olmaq imkanı.

Peşəkar komandamıza qoşulmaq üçün Sizdən tələb olunur;

• Universitetin 4-cü kurs tələbəsi və ya yeni universitet məzunu olmaq (maliyyə, iqtisadiyyat və idarəetmə üzrə təhsil arzuolunandır);
• Azərbaycan dili (əla), İngilis və Rus dilləri arzuolunandır;
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Uyğun namizədlərdən öz CV formalarını 18 yanvar 2019-cu il tarixədək hr@bankrespublika.az ünvanına mövzu hissəsində Qış təcrübə proqramı yazmaqla göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP