Müştəri təmsilçisi (İT məhsullarının satışı üzrə)
 
JOB TITLE: Müştəri təmsilçisi (İT məhsullarının satışı üzrə)
EMPLOYER: AEM Elektron DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-07 LAST UPDATED: N/A DEADLINE: 2019-02-06

AEM Elektron mağazalar şəbəkəsi əsasən videomüşahidə sistemlərinin, şəbəkə və təhlükəsizlik avadanlıqlarının, kompüter aksessuarlarınln və digər IT məhsulların topdan və pərakəndə satışı ilə məşğul olur və bu sahədə yerli bazarda aparıcı şirkətlərdən biridir.
Müştərilərimizə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və müştəri məmnuniyyətinin qazanılması məqsədilə tərəfimizdən daima əməkdaşlarımızın peşəkarlıq və işgüzarlıq səviyyəsinin artırılması istiqamətində məqsədyönlü və planlı iş aparılır.
Qapılarımız peşəkar, məsuliyyətli və öz üzərində durmadan çalışan mütəxəssislərin üzünə açıqdır.

Vəzifə:   Müştəri təmsilçisi (İT məhsullarının satışı üzrə)

Vəzifə öhdəlikləri:

- Müştəriləri mağazada gülərüzlə qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək;
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək və satış prosesi sona çatana qədər müştərini müşayət etmək;
- Satış proseduruna uyğun məhsullar haqqında, onların funksiyaları və iş mexanizmi haqqında tam, hərtərəfli məlumatlar vermək, əlavə olaraq müştəriyə məhsul ilə istifadə oluna bilən aksesuarlar və köməkçi vasitələr təklif etmək.

Tələblər:

- IT və kompüter avadanlıqları sahəsi üzrə satış təcrübəsi;
- Müştərilərlə işləmək bacarığı, müştəri yönümlü olmaq;
- Kompüter və ofis avadanlıqlarından istifadə;
- İşgüzar ünsiyyət etikası;
- Təhsil: Orta ixtisas/Ali təhsil;
- Azərbaycan Dili (əla), rus dilini bilməsi arzuolunandır;

İş şəraiti:

- İş saatları - 09:00-dan 19:00-dək, Istirahət günləri - həftə içi 1 gün;
- Şirkət tərəfindən göndərilən treyninq və kurslarda iştirak etmək imkanı
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcəkdir.

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini hr@aem-elektron.az elektron poçt ünvanına göndərə bilərlər.
"Subject" qismində müraciət edilən vakansiyanın adının qeyd olunması mütləqdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP