Kassir-satıcı
 
JOB TITLE: Kassir-satıcı
EMPLOYER: AEM Elektron DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-07 LAST UPDATED: N/A DEADLINE: 2019-02-06

AEM Elektron mağazalar şəbəkəsi əsasən videomüşahidə sistemlərinin, şəbəkə və təhlükəsizlik avadanlıqlarının, kompüter aksessuarlarınln və digər IT məhsulların topdan və pərakəndə satışı ilə məşğul olur və bu sahədə yerli bazarda aparıcı şirkətlərdən biridir.
Müştərilərimizə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və müştəri məmnuniyyətinin qazanılması məqsədilə tərəfimizdən daima əməkdaşlarımızın peşəkarlıq və işgüzarlıq səviyyəsinin artırılması istiqamətində məqsədyönlü və planlı iş aparılır.
Qapılarımız peşəkar, məsuliyyətli və öz üzərində durmadan çalışan mütəxəssislərin üzünə açıqdır.

Vəzifə:   Kassir-satıcı

Vəzifə öhdəlikləri:

- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini qəbul etmək;
- Ödənilən vəsaitləri yoxlamaq və tələb olunan qaydada əməliyyatları həyata keçirtmək;
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək;
- Kassadan keçən bütün pul vəsaitlərini, sənədləri və qiymətləri izləmək, nəzarətdə saxlamaq və hesabatını aparmaq;
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və işəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək;
- Müştərilərin suallarını dinləmək, səlahiyyəti çərçivəsində cavablandırmaq və ya aidiyyatı üzrə yönləndirmək;
- Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək;

Tələblər:

- Kassir vəzifəsində iş təcrübəsi;
- Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklər;
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilmək;
- Müştərilərlə işləmək bacarığı, müştəri yönümlü olmaq;
- Ünsiyyətcil, məsuliyyətli, işə ciddi yanaşan;
- Kompüter və ofis avadanlıqlarından istifadə;
- Təhsil: Orta ixtisas/Ali təhsil;
- İşində dəqiq, məsuliyyətli və dürüst olmaq;
- Azərbaycan dili (əla), rus dilini bilməsi arzuolunandır;

İş şəraiti:

- İş saatları - 09:00-dan 18:00-dək, Istirahət günləri - həftə içi 1 gün;
- Nahar şirkət tərəfindən verilir;
- Şirkət tərəfindən göndərilən treyninq və kurslarda iştirak etmək imkanı;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcəkdir;
- Mağaza Sədərək Ticarət Məkəzində yerləşir;

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini hr@aem-elektron.az elektron poçt ünvanına göndərə bilərlər.
"Subject" qismində müraciət edilən vakansiyanın adının qeyd olunması mütləqdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP