Müştərilərə xidmət şöbəsinin təmsilçisi (Call Center)
 
JOB TITLE: Müştərilərə xidmət şöbəsinin təmsilçisi (Call Center)
EMPLOYER: Modenis LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-07 LAST UPDATED: N/A DEADLINE: 2019-02-06

Vəzifə adı: Müştərilərə xidmət şöbəsinin təmsilçisi (Call Center)

İş şəraiti :

1. Ofis daxili.
2. Nahar yeməyi şirkət tərəfindən verilir.
3. Əmək haqqı – stabil əmək haqqı + aylıq bonus
4. İş rejimi:  Həftənin 6 günü
5. Tibbi sığorta
6. İş qrafiki : dəyişkən ( ehtiyyac yarandığı halda, həm gündüz, həm də gecə növbəsi ola bilər – saat 00:00-a qədər ).

Əlavə şərtlər müsahibə zamanı müzakirə olunacaq.

Öhdəliklər:

1. Daxil olan şikayətlərin qəbulu, onların işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirilməsi;
2. Şirkətin əməkdaşlıq etdiyi provayderlər haqqında maksimum informasiyaya və həmçinin müştərilərdə sual doğura biləcək, informasiyaya malik olmaq;
3. Sənədlərin düzgün ( qəbul olunmuş təlimatlara) uyğun olaraq işlənilməsi.
4. İş yerində hər zaman qəbul olunmuş geyim formasında olmaq, səliqəyə riayət etmək;
5. Professional danışıq və nitq mədəniyyəti qaydalarına riayət etmək;
6. Nəzakətli olmaq, telefon etiketi biliklərinə malik olmaq;
7. Kommunikabellilik və səbrli olma bacarığı;
8. Personal kompyuterdə istifadəçi səviyyəsində işləmə bacarığına malik olmaq;
9. Bir tapşırıqdan digərinə tez keçə və adaptasiya olma bacarığı;
10. Daxili fəaliyyət qaydalarına riayət etmək;
11. İş prosesini düzgün icra edə bilmək üçün şirkət tərəfindən istifadə edilən proqram vasitələrindən xəbərdar olmaq və onlardan istifadə etmək;
12. Tələb olunan hesabatları hazırlamaq (şöbə rəhbərinin fərdi tapşırığı əsasında);
13. Müraciətlərə əsasən bəzi provayderlərlə (səlahiyyət çərçivəsində) əlaqə saxlamaq və problemin tez bir zamanda həllinə nail olmaq;
14. Şöbənin digər əməkdaşlarının işdə olmadığı vaxtlarda (nahar fasiləsi, məzuniyyət, ezamiyyət, xəstəlik və digər hallarda) onları əvəz etmək.

Tələblər:

• Ali təhsilli.
• Dil Bilikləri - Azərbaycan və rus dilini mükəmməl , İngilis dili isə orta səviyyədə;
• Nitqində qüsur olmamalı;
• Veriləcək proqram təminatı ilə işləmə bacarığı ;
• Verilən tapşırığa adaptasiya olma bacarığı;
• Kollektivə uyğunlaşma bacarığı.

CV-ləri hr@modenis.az ünvanına “Müştərilərə xidmət şöbəsinin təmsilçisi (Call Center)” başlığı altında göndərmək tələb  olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP