Baş mühasib
 
JOB TITLE: Baş mühasib
EMPLOYER: BSC Consulting & Outsourcing Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-08 LAST UPDATED: N/A DEADLINE: 2019-02-07

20 ildən artıq  konsalting aləmində fəaliyyət göstərən “BSC” Consalting və Outsorsing  şirkəti lahiyələrinin  və müştəri portfelinin sayının artması ilə bağlı özünə güvənən, öyrətmək və öyrənmək istəyən, inkişaf edib və inkişaf etdirmək qabiliyyəti olan , perspektivli karyera qurmaq istəyən Mühasib və Baş mühasibləri işə dəvət edir.

Niyə məhz Biz

- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- 20 illik iş təcrübəsi ilə bölüşməyə hazırıq
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq.
- Peşakarlarla inkişafa yol açırıq.

Baş mühasib

İş barədə məlumat

- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
- Vergi orqanları ilə yazışmalar
- Vergi sahəsi ilə bağlı əməliyyatlar - bütün vergi hesabatlarının göndərilməsi
- E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
- DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
- BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək

Sair məlumat

- Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir)
- B1-B3, Microsoft Office proqramlarını bilmək
- 1C 8.2 v 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.)
- e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
- Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
- Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirilmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək
- Balansın çıxarılması
- Excell proqramında yüksək səviyyədə işləmə bacarığı
- Stresədavamlı, tələbkar, məsuliyyətli və işgüzar
- Tez qavramaq və uyğunlaşmaq bacarığı
- Problemləri təhlil və həll etmə bacarığı.
- Vergi qanunvericiliyi bilmək
- Beynəlxalq mühasibat uçotu standartlarını bilmək

Əmək haqqı 1200-1500 AZN

CV-lərinizi foto ilə birlikdə hr@bsc-group.az. elektron ünvana “Baş Mühasib” başlığı altında göndərməyiniz xahiş olunur

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP