Dizayner
 
JOB TITLE: Dizayner
EMPLOYER: Bakı Taksi Xidməti DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-08 LAST UPDATED: N/A DEADLINE: 2019-02-07

DİZAYNER

Əmək funksiyası:

- İllüstrasiyaları və materialların eskizlərini tərtib etmək, rəhbərliklə müzakirə etmək və müvafiq dəyişiklikləri tətbiq etmək;
- Korporativ üsul və brenddən istifadə qaydalarına uyğun olaraq təşkilatın ümumi reklam materiallarının hazırlanması və təhvil verilməsinə görə cavabdehlik daşımaq;
- Bütün brend fəaliyyətlərinin təşkilatın əlaqə məqsədləri və standartlarına uyğun olmasını təmin etmək;
- Aparılan işlər üzrə hesabatlar hazırlamaq. Reklam materiallarının qablaşdırma, görüntü, loqotip və s.dizaynını tərtib etmək;
- Bədii və dekorativ effektlərin əldə edilməsi üçün müvafiq vasitələrdən istifadə etmək;
- Tərtibat prinsipləri və estetik dizayn konsepsiyaları əsasında dizayn, konsepsiya və nümunə tərtibatlarını yaratmaq;
- Əyani materialın ölçüsünü və quruluşunu müəyyən edib, üsiubu və tipin ölçüsünü seçmək;
- Printer üçün maketləri hazırlamaq üçün son tərtibatları qeyd etmək, yerləşdirmək və toplamaq;
- Kompüter vasitəsilə diaqramları, qrafikləri, illüstrasiyaları və digər rəsmləri çəkmək və çap etmək;
- Son tərtibatları gözdən keçirib tələb olunan yerdə təkmilləşmələri təklif etmək;
- Məhsulların şəkilləri, şirkətin loqotipləri və internet səhifələri üçün qrafika, foto şəkilləri və tərtibatları yaratmaq.

Bilməlidir

- Rəssamlıq və dizayn üzrə mövcud standartlar, texniki şərtlər və tərtibat metodları üzrə biliklər.
- MS Office və İnternet, ofis avadanlıqları ilə işləmək bacarığı (yüksək səviyyədə).
- Dizayn proqramlarında işləmə bacarığı (yüksək səviyyədə);

Dil bilikləri: Azərbaycan dili – yüksək səviyyədə, Rus dili – orta səviyyədə, İngilis dili – orta səviyyədə.

İş qrafiki: 09:00 – 18:00;
İstirahət vaxtı: Şənbə və bazar
Əmək haqqı: Razılaşma yolu ilə.

E - mail : cv@btx.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP