SMM üzrə mütəxəssis ( marketinq üzrə mütəxəssis )
 
JOB TITLE: SMM üzrə mütəxəssis ( marketinq üzrə mütəxəssis )
EMPLOYER: Bakı Taksi Xidməti DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-08 LAST UPDATED: N/A DEADLINE: 2019-02-07

SMM ÜZRƏ MÜTƏXƏSSİS (MARKETİNQ ÜZRƏ MÜTƏXƏSSİS)

Əmək funksiyası:

- İllik marketinq planını hazırlayır və ona uyğun işlərini qurur;
- Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar edir və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər verir.
- Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsul və xidmətlərinin reklamını təşkil edir;
- Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onlara nəzarət və təhlilini aparır.
- E - mail marketinq sahəsində mütəmadi olaraq mass mail konseptlərinin hazırlayır və təqdimatını aparır;
- Müştəri bazasını genişləndirir;
- Şirkət bloqunun moderasiyasını aparır;
- Digital Marketinq üzrə kampaniyaları təşkil və idarə edir;
- Şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlayır və gedişi ilə əlaqədar departamentin rəhbərinə hesabat yazaraq təqdim edir;
- İnternetdə bazara çıxarılan məhsulun irəli getməsini təhlil edir;
- Müştərilərdən gələn sorğuları cavablandırır;
- Tizer və banner şəbəkələri ilə iş aparır;
- Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparır;
- Satış məqsədləri üçün PR və reklam mətni hazırlayır;
- İstifadə olunan saytların effektivliyini təhlil edir;
- Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin edir.

Bilməlidir:

- Xüsusən digital marketinq sahəsində geniş təcrübəyə malik olmaq;
- Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
- SMM, PR və Reklam sahələrində geniş təcrübəyə malik olmaq Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dilini yüksək səviyyədə bilənlərə üstünlük verilir;
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;
- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq; Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq.

İş qrafiki: 09:00 – 18:00;
İstirahət vaxtı: Şənbə və bazar
Əmək haqqı: Razılaşma yolu ilə.

E - mail : cv@btx.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP