Rentgen kimyəvi analiz laborantı
 
JOB TITLE: Rentgen kimyəvi analiz laborantı
EMPLOYER: Norm LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-09 LAST UPDATED: N/A DEADLINE: 2019-02-08

Norm Sement zavodu


Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.

Hazırda şirkətimizə Rentgen kimyəvi analiz laborantı tələb olunur.

Əsas vəzifə və öhdəliklər:

• İstehsal prosesinin Keyfiyyətə Nəzarət Planında nəzərdə tutulmuş nöqtələrindən təyin olunmuş vaxtlarda nümunələr almaq və nümunəalma zamanı meydana çıxan problemlə bağlı tədbir görməyi bacarmaq
• Nümunələr üzərində müvafiq metodlar əsasında analizlər aparmaq və alınan nəticələrin uyğun fayıllarda qeydiyyatını aparmaq
• İstehsal prosesindən alınan nümunələrin analiz nəticələrinin tərtib olunmuş hədəf intervalından kənara çıxmasına yol verməmək.  Bu məsələdə istehsala nəzarət edən operatorlarla sıx əlaqə qurmaq
• Standartın tələbinə uyğun olmayan  məhsulun istehsalı müşahidə olunarsa müvafiq təlimata görə hərəkət edib uyğunsuz məhsulun istehsalına yol verməmək
• Sahəyə gələn xammalların kimyəvi təkibini analiz etmək, alınan nəticələrin müqavilə tələblərinə uyğun olub olmadığını müəyən etmək və uyğunsuzluq varsa dərhal birbaşa rəhbərinə məlumat vermək
• Təlimata uyğun olaraq cihazları uyğun standart nümunə ilə yoxlamaq
• Nümunənin analizinin düzgünlüyünə əmin olunanadək onun üzərində analiz prosesini davam etdimək
• Rentgen spektral analiz laboratoriyasının təmizliyinə və temperaturuna müntəzəm nəzarət etmək
• Avtomatik və manuel nümunə alıcıların nizamlı işləməsinə və təmiz saxlanmasına nəzarət etmək, meydana çıxan hər hansı problemin həlli üçün tədbir görmək
• Rentgen spektral analiz cihazında problem çıxarsa istehsal prosesini yaş kimyəvi üsulla aparılan analizlərlə idarə etmək
• Nümunə alarkən və analizləri apararkən nəzrdə tutulmuş bütün texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək
• Lazım gələrsə laboratoriyaya daxil olan kənar şəxslərə texniki təhlükəsizlik qaydaları ilə bağlı məlumat vermək
• Analiz prosesində istifadə olunan maddə və avadanlıqlarla kifayət qədər ehtiyyatlı və səliqəli davranmaq, maddələrin dağılmasına, avadanlıqların isə sıradan çıxmasına yol verməmək
• Qaz balonlarından istifadə zamanı, iş prosesini öncədən planlamaq və istifadə olunan qazın texniki xassələrinə uyğun olaraq lazımi təhlükəsizlik tədbirlərini almaq
• Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək
• Elektriklə əlaqədar işlərə müdaxilə etməmək, müvafiq iş üçün elektrik şöbəsinə məlumat vermək.
• Şirkətin daxili nizam-intizam qaydalarına əməl etmək
• Laboratroiyada və zavod ərazisində hər hansı nöqsan və problem gördükdə bununla bağlı dərhal müvafiq şəxslərə məlumat vermək.
• Rəhbər tərəfindən verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirmək
• Növbə rəzində növbə rəsisi tərəfindən gələn (KNP-dən əlavə) tapşırıqları icra etmək və eyni zamanda bununla bağlı bir başa rəhbəri məlumatlandırmaq
• Ehtiyac olarsa birbaşa rəhbərin təlimatına əsasən digər laborantların işini icra etmək.

Tələblər:

• Kimya sahəsində texniki və ya ali təhsil
• Əlaqədar sahədə 1 il iş təcrübəsi
• Müştəri yönümlülük
• Davamlı inkişaf
• Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
• Keyfiyyət yönümlülük
• Bütövlük
• Stressin idarə olunması

Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.

Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 15/01/2019

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP