Mexanik
 
JOB TITLE: Mexanik
EMPLOYER: Performance Center Co DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-10 LAST UPDATED: N/A DEADLINE: 2019-02-09

Performance Center CoMMC (Chevrolet Azərbaycan)   “Mexanik”  vəzifəsinə vakansiya  elan edir.  

Vəzifələr:

• Avtoservisə daxil olan avtomobillərdə texniki nasazlığın dəqiq müəyyənləşdirilməsi;
• Müəssisədə avtomobillərin təmir xidmətinin təşkili;
• İşin texniki personal arasında proporsional bölünməsi;
• Təmir prosesi zamanı yaranan texniki sualların həllində ustalara istiqamətin verilməsi;
• Təmirdən sonra avtomobilə son texniki baxışın keçirilməsi, avtomobilin müştəriyə təhvil verilməsi;
• Göstərilən xidmətlərin keyfiyyəti, təkrar təmirlə bağlı müştəri müraciətlərinin qeydə alınması.
• Servisə daxil olmuş avtomobillərin təmirə təhvili və təmirdən alınmasına nəzarət.

Tələblər:

• Təhsil: Ali (bakalavr)
• Dil bilgiləri: rus dili sərbəst (ingilis dili arzuolunandır)
• Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsi;
• Əməyin mühafizəsinin qayda və normalarını bilmək;
• Avtonəqliyyat vasitələrinin və avadanlıqlarının texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri, təyinatı və istismarı qaydaları haqda geniş bilgiyə malik olmaq.

Əlavə məlumat:

• İş günləri: həftədə 6 gün
• İş saatı: 09:00-18:00
• Əmək haqqı: 1200-1500 AZN

Yuxarıda qeyd edilən vəzifədə işləmək istəyən namizədlər, öz tərcümeyi-halını (CV)   hr@performance-center.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilər.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP