Kredit Anderraytinqi Departamenti, Biznes Kreditlərinin Təhlili Şöbəsi, Mütəxəssis, Aparıcı mütəxəssis
 
JOB TITLE: Kredit Anderraytinqi Departamenti, Biznes Kreditlərinin Təhlili Şöbəsi, Mütəxəssis, Aparıcı mütəxəssis
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-10 LAST UPDATED: 2019-01-10 DEADLINE: 2019-02-09

Ümumi məlumat

Kapital Bank namizədləri Kredit Anderraytinqi Departamentinin Biznes Kreditlərinin Təhlili Şöbəsində Mütəxəssis, Aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Müştərilərin maliyyə və biznes təhlilini aparmaq;
• Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində baş verən dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirməklə kreditin verilməsi barədə yekun rəy bildirmək;
• Risklərin düzgün qiymətləndirilməsi və bankdaxili digər normativ qaydaların tələblərinin qorunmasına nəzarət edilməsi;
• Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri yerinə yetirmək.

Tələblər

• İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
• Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
• Yüksək ünsiyyətqurma qabiliyyəti;
• Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları;
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
• CFA və ya ACCA sertifikatlarına sahib olma arzuolunandır;
• Rus və İngilis dili biliklərinin olması arzuolunandır;
• Bank qanunvericiliyi barədə biliklər;
• Bank sahəsində müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi.

E - mail : hkc@kapitalbank.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP