Fandreyzinq mütəxəssisi
 
JOB TITLE: Fandreyzinq mütəxəssisi
EMPLOYER: Yerli İdarəetməyə Yardım İctimai Birliyi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-11 LAST UPDATED: N/A DEADLINE: 2019-02-10

İş Elanı № 009/BVET

Vəzifə:  Fandreyzinq mütəxəssisi
İş yeri: Bərdə, Azərbaycan
Son müraciət tarixi:  21.01.2019
Müqavilənin növü: Xidməti müqavilə
Müddəti:  130 qeyri-ardıcıl iş günü

Ümumi məlumat

Yerli İdarəetməyə Yardım İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycanda Peşə Təhsil və Təlimi Mərkəzlərinin Modernləşdirilməsi” layihəsi çərçivəsində “Bərdə Peçə Liseyinin Modernləşdirilməsi” layihəsini icra edir. Layihənin əsas məqsədi Avropa standartları və təcrübəsinə əsaslanaraq Bərdə Peşə Liseyində peşə təhsili və təlimini modernləşdirməkdir.

İşin təsviri

Fandreyzinq mütəxəssisi layihə menecerinin rəhbərliyi altında peşə məktəbinin rəhbər və müəllim heyəti üçün maliyyə idarəetməsi ilə bağlı seminarlar keçirmək, Bərdə Peşə Liseyində fandrezyinq komandası yaratmaq, liseyin büdcəsinin artırılmasına tövhə vermək məqsədilə fandreyzinq tədbirləri keçirmək, sponsor və donorlarla əlaqə yaratmaq və onları prosesə cəlb etməkdən ibarət olacaqdır.

Vəzifə və öhdəliklər

 Bərdə Peşə Liseyində fandreyzinq komandası yaratmaq;
 Maliyyə idarəetməsi ilə bağlı Bərdə Peşə Liseyində 2 seminar keçirmək;
 Fandreyzinq planın hazırlanmasında komandaya dəstək göstərmək;
 Fandreyzinqlə bağlı icra olunan fəaliyyətlərin nəticələrini qiymətləndirmək;
 Büdcəyə gəlir axınının artırılmasına yönəlik yeni strategiyaların hazırlanmasına dəstək göstərmək; 
 Media əlaqələri siyahısını hazırlamaq və inkişaf etdirmək;
 Donor databazası yaratmaq, müntəzəm olaraq yeniləmək və əlaqələr yaratmaq;
 Müxtəlif fandreyzinq tədbirlərinin həyata keçirilməsini təşkil etmək;
 Hədəf donor qruplarla əlaqənin yaradılması və davamlılığının təmin edilməsi üçün hesabat və təqdimatlar hazırlamaq;

Tələb olunan təhsil və təcrübə

Təhsil:

 Ali təhsil;

Təcrübə:

 Maliyyə, fandreyzinq, marketinq, satış, təşkilatçılıq və ya digər əlaqəli sahələr üzrə ən az 2 il iş təcrübəsi;
 Aidiyyatı qurumlarla əməkdaşlıq əlaqələrinin qurulması bacarığı;
 Güçlü liderlik, komanda ilə işləmə, inandırma, şəbəkələşmə, təşkilatçılıq, ünsiyyət və təqdimat bacarıqlarının olması;
 Müəyyən olunmuş vaxt çətçivəsində bir neçə fəaliyyəti icra etmək qabiliyyətinin olması;

Dil bilikləri

 İngilis dili ( arzu olunandır)

Müraciət:

Uyğun namizədlərin öz CV-lərini  motivasiya məktubu ilə bir yerdə  müraciət etdikləri vəzifənin adını “Subject” hissəsində qeyd etməklə office@lga.az email ünvanına göndərməkləri xahiş olunur.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP