Metalkonstruksiyalar üzrə quraşdırıcı çilingər
 
JOB TITLE: Metalkonstruksiyalar üzrə quraşdırıcı çilingər
EMPLOYER: METAK DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-11 LAST UPDATED: 2019-01-24 DEADLINE: 2019-02-10

 Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti işkələləri və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 750 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

Metalkonstruksiyalar üzrə quraşdırıcı çilingər

İş barədə məlumat:

• Avadanlıqların qovşaq və hissələrinin, alət və ləvazimatlarının təyinatını və onlardan istifadə qaydalarını;
• Cizgilərə və yığma sxemlərinə əsasən universal alətlər tətbiq etməklə müxtəlif növ metalkonstruksiya və maşın mexanizmlərini yığmağı;
• Torna, frez və cilalama dəzgahlarını istifadə qaydalarını  bilməli;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını bilməlidir.

Namizədə tələblər:

• Orta-texniki təhsil;
• 28 – 55 yaş;
• Müvafiq sahə üzrə sertifikatın olmasıarzuolunandır;
• Müvafiq iş stajı ən azı 3 il;
• Azərbaycan dilini sərbəst bilməli;
• Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır.

İş şəraiti:

• İş qrafiki: 6 günlük iş həftəsi 09:00-18:00
• İstirahət: bazar günü
• Nahar şirkət tərəfindən təmin olunur
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=127 , və ya hr@metak.az ünvanına CV göndərərək 11.02.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP