Texniki nəzarət üzrə mütəxəssis
 
JOB TITLE: Texniki nəzarət üzrə mütəxəssis
EMPLOYER: Metak DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-11 LAST UPDATED: N/A DEADLINE: 2019-02-10

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti işkələləri və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 750 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

Texniki nəzarət üzrə mütəxəssis

İş barədə məlumat

• Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarətin aparılması;
• Məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlərin aparılması;
• Müəssisəyə daxil olan ehtiyatların yoxlanılması, onların keyfiyyətinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanması;
• İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətinin təmin edilməsi;
• Zay məhsul, onun səbəblərinin uçotunun aparılması;
• Qüsurlu materialların istehsalata buraxılmasının qarşısının alınması;
• Müəssisədaxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi.

Namizədə tələblər

• Ali texniki təhsil;
• Keyfiyyətə nəzarət üzrə istehsalat sahəsində ən az 3 il iş təcrübəsi;   
• Məhsulun keyfiyyətinin idarə edilməsi üzrə metodiki və digər normativ sənədləri;
• Dinamikli, analitik düşünmə və komandada işləmə bacarığına malik olmalı.

İş şəraiti

• Əmək haqqı danışıq əsasında;
• İş yeri: Balaxanı istehsalat sahəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq  https://www.metak.az/resume/resume.php?vid=126
və ya hr@metak.az ünvanına CV göndərərək 11.02.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.
Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP