
“PAŞA Sığorta” ASC namizədləri “Tibbi iddialar üzrə kiçik mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
• İş günü ərzində müştərilərdən gələn zənglərin əsasında sığorta hadisələri ilə bağlı müraciətlərin müvafiq tibb müəssisələrinə yönləndirilməsi • sual və sorğuların cavablandırılması, şikayətlərin həll edilməsi və sığorta təminatı ilə bağlı məsləhətlərin verilməsi • Sığorta olunan şəxslərin maraqlarının müdafiəsi məqsədilə tibb müəssisələrinin sığorta şöbələrinin nümayəndələri və müalicə həkimləri ilə bilavasitə danışıqların aparılması; • Tibbi sığorta üzrə baş vermiş sığorta hadisələrinin ilkin tənzimlənməsi üzrə işlərin aparılması, sığorta olunanların müraciət faktları ilə bağlı tibb müəssisələrindən daxil olan məlumatların sistemə daxil edilməsi; • Tibbi sığorta üzrə sənəd bazasının yaradılması və daimi yenilənməsi işində rəhbərliyə dəstək; • Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
Bilik və bacarıqlar:
• Ali təhsil (tibbi təhsil arzuolunandır); • tibbi sığorta və ya müvafiq səhiyyə sektorunda 1 ildən az olmayan iş təcrübəsi; • Kompyuter bilikləri: Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər; • azərbaycan və rus dilləri ; • Ünsiyyət qurmaq bacarığı.
Yaxşı ünsiyyət qurmaq qabiliyyəti.Son müraciət tarixi: 30 yanvar, 2019.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.
|