Tibbi iddialar üzrə mütəxəssis/ Tibbi ekspert
 
JOB TITLE: Tibbi iddialar üzrə mütəxəssis/ Tibbi ekspert
EMPLOYER: PAŞA Sığorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-17 LAST UPDATED: 2019-01-17 DEADLINE: 2019-02-16

PAŞA SığortaASC namizədləri “Tibbi iddialar üzrə mütəxəssis/ Tibbi ekspert” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Sığorta olunan şəxslərin maraqlarının müdafiəsi məqsədilə tibb müəssisələrinin sığorta şöbələrinin nümayəndələri və müalicə həkimləri ilə bilavasitə əlaqənin yaradılması, tibb müəssisələrinin heyətinə tibbi sığorta prinsiplərinin izahı; sığorta şirkətinin nüfuzunun qorunması;Tibbi sığorta üzrə sığorta hadisələrinin tənzimlənməsi.

• Sığorta olunan şəxslərin müraciəti ilə bağlı tibb müəssisələrindən daxil olan sənədlərin təhlili, sığorta hadisələrinin tibbi-maliyyə ekspertizanın həyata keçirilməsi, tələb olunduqda ekpertizanın bilavasitə tibb müəssisəsində keçirilməsi. Sığorta ödənişinin həyata keçirilməsi barədə qərar qəbul edildiyi halda Sığorta Aktının hazırlanması;

• Tibbi müəssisələrin qiymət cədvəllərinin və xidmət şərtlərinin, xidmət səviyyəsinin, habelə həkim personalının və yazılan reseptlərin təhlili nəticəsində birbaşa rəhbərə rüblük hesabatların təqdim olunması; təhlil nəticəsində prioritet klinikalar və həkimlərin siyahısının tərtibində birbaşa rəhbərə dəstək;

Bilik və bacarıqlar:

• Ali tibbi təhsili;
• Müvafiq səhiyyə/ tibbi sığorta sahəsində ən azı 3 il iş təcrübəsi;
• Kompyuter bilikləri: Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər;
• Dil bilikləri: Azərbaycan və rus sərbəst, ingilis dilini danışıq səviyyəsi;
• Ünsiyyət qurmaq bacarığı;
• Qeyri standart vəziyyətə  cəld reaksiya vermək;
• Məntiqi təfəkkür;
• Dürüstlük;
• Qərəzsizlik və obyektivlik.

Yaxşı ünsiyyət qurmaq qabiliyyəti.Son müraciət tarixi: 30 yanvar, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP