Marketinq departamentinin Direktoru
 
JOB TITLE: Marketinq departamentinin Direktoru
EMPLOYER: Bank BTB DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-01-17 LAST UPDATED: N/A DEADLINE: 2019-02-16

Bank “BTB” ASC Marketinq departamentinin Direktoru  vəzifəsinə işə qəbul elan edir.

Marketinq departamentinin Direktoru 

İş barədə məlumat:

- Bankın  marketinq siyasətini və marketinq planını hazırlayır;
- Rəqabət bazarını, bankın mövcud məhsul və xidmətlərini, müştəri ehtiyaclarını daima təhlil edir və yeni məhsulların yaradılması barədə təkliflər hazırlayır;
- Bankdaxili qaydalara uyğun müvafiq təsdiqdən sonra yeni məhsullarınn yaradılmasını təşkil edir;
- Bankın məhsullarının təşviqatını təşkil edir;
- Bankın reklam və təşviqat üzrə siyasətini hazırlayır, reklam və təşviqat üzrə layihələrini idarə edir;
- Ona birbaşa hesabatlı olan işçilərin  hədəflərini müəyyən edir, onların fəaliyyətlərini qiymətləndirir;
- Bankdaxili qaydalara müvafiq olaraq, departamentin fəaliyyəti barədə hesabatlar hazırlayır

Namizədə tələblər:

- İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
- Müvafiq sahədə ən azı 3 il  iş  təcrübəsi;
- Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dilini yüksək səviyyədə bilənlərə üstünlük verilir;
- Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 Fevral, 2019-cu  il tarixinədək cv@btb.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Marketinq departamentinin Direktoru ) göstərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP